Modern.az

Macarıstanda Həmrəylik Günü - FOTOLAR

Macarıstanda Həmrəylik Günü - FOTOLAR

Aktual

25 Dekabr 2021, 15:56

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə səfirliyin kollektivi, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə təbrik edib. T.Tağızadə dekabrın 24-nün, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə təsadüf etdiyini bildirib.

 

Səfir Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin əldə olunmasında xalqımız tərəfindən nümayiş etdirilən birliyin, peşəkar ordumuzun və müasir hərbi texnikamızın, eləcə də uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Tədbir Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin ifasında musiqili proqramla davam edib.

 

Sonda ziyafət verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı