Modern.az

Diaspor nümayəndələrimiz təltif olundu

Diaspor nümayəndələrimiz təltif olundu

Aktual

26 Dekabr 2021, 13:31

Rusiyada Azərbaycan diasporunun üç nümayəndəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif ediliblər.

 


Modern.az xəbər verir ki, Rusiya Federasiyasında bu medala Krasnoyarsk şəhərində fəaliyyət göstərən “Odlar yurdu” xalq rəqs ansamblının yaradıcısı və direktoru Səadət Qarayeva, Rusiyanın Kaluqa şəhərindəki “Etnomir” Etnoqrafiya Muzey-Parkının yaradıcısı və rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti Ruslan Bayramov və tibb elmləri namizədi, şüa diaqnostikası üzrə mütəxəssis, Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev layiq görülüblər.
Xatırladaq ki, Səadət Qarayeva Rusiyada tanınmış diaspor üzvü, ictimai xadimdir.

 

 

Rusiyada mədəni-kütləvi tədbirlər təşkil edərək azərbaycançılıq ideyasını təbliğ edir. 2007-ci ildə Səadət Qarayeva və Ələkbər Qarayevin təşəbbüsü ilə Krasnoyarskda “Odlar yurdu” xalq rəqs ansamblının əsası qoyulub. Ötən dövr ərzində “Odlar yurdu” xalq rəqs ansamblı Rusiya və bir çox beynəlxalq festivalların qalibi olub.
Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda anadan olub. 2007-ci ildə “Mədəniyyətlərin dialoqu – vahid dünya” fondunun layihələri çərçivəsində UNESCO-nun himayəsi ilə “Etnomir” etnoqrafik parkını yaradıb.
Samir Əliyev Azərbaycandan Moskvaya 2004-cü ildə təhsilini davam etdirmək üçün gəlib.

 

 

Tibb elmləri namizədidir. Rusiyada şüa diaqnostikası üzrə mütəxəssis kimi çalışır. Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü, bir çox əhəmiyyətli layihələrin müəllifidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı