Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul edib.
Modern.az xəbər verir ki, AP eks-prezidentin səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.
Qətnamədə Gürcüstan hakimiyyətinə çağırış edilib ki, Saakaşvilinin azadlığa buraxılaraq, xaricdə müalicə almasına şərait yaradılsın.
Avropa Parlamenti, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırıb.