Modern.az

Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədi yoxdur - Korotçenko

Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədi yoxdur - Korotçenko

Aktual

15 Fevral 2023, 22:29

"Fransaya arxalanan Ermənistanın məqsədi Azərbaycana siyasət və diplomatiya sahəsində suveren qərarlar qəbul etməyə imkan verməmək, lazım gəldikdə güc metoduna əl atmaqdır".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbçi ekspert İqor Korotçenko deyib.

 

Onun sözlərinə görə, İrəvanın təqsiri ucbatından Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb, lakin bu, sərhədin olmaması anlamına gəlir.

 

"Ermənistan beynəlxalq miqyasda tanınan və qeydə alınan sərhədləri olmayan ölkədir. Bu boz zonada müxtəlif hadisələr baş verə bilər. Bu və ya digər tərəfin hərbi bölmələri yüksəklikləri tuta bilər və bu, sərhədin pozulması anlamı daşımır. Çünki sərhədlər müəyyən edilməyib”, - deyə Korotçenko bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı