Modern.az

Məşhur süni intellekt sisteminə QADAĞA qoyuldu

Məşhur süni intellekt sisteminə QADAĞA qoyuldu

Актуально

31 Mart 2023, 17:22

İtaliyada süni intellektlə işləyən "ChatGPT" çatbotu qadağan edilib.

 

Modern.az xəbər verir ki, proqram şəxsi məlumatların toplanması ilə bağlı qaydaları pozduğuna görə ölkə ərazisində bloklanıb.

 

Qadağa barədə proqramın yaradıcısı olan ABŞ-ın "OpenAI" şirkətinə məlumat verilib və italiyalı istifadəçilərin məlumatlarının toplanmasının dayandırılması tələb edilib. İtaliya hökuməti bildirib ki, tələb yerinə yetirilənə kimi qadağa qüvvədə qalacaq.

 

Qeyd edək ki, "ChatGPT" sistemi insan dilini başa düşür və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilir. İstifadəçilər süni zəkadan esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı