Modern.az

İran OPEK-in toplantısına qatılmaya bilər

İran OPEK-in toplantısına qatılmaya bilər

World

16 Avqust 2016, 23:14

İran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) üzvü olan dövlətlərin sentyabr ayında Əlcəzairdə qeyri-rəsmi görüşünə qatılmaq barədə qəti qərar qəbul etməyib. Modern.az saytı xəbər verir ki, İran Neft Nazirliyinin mətbuat katibliyinin məlumatına görə, görüşdə neft hasilatının həcmi məsələsini müzakirə etmək nəzərdə tutulub.

 

Onun sözlərinə görə, hasilatın həcminə dair sazişə qoşulmaq üçün İran əvvəlcə ölkədə neftin hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmalıdır. İran sentyabr ayında həmin səviyyəyə çatacağını düşünmür.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı