Modern.az

Komitə sədri Bakıdakı sənədsiz evlərin sənədləşdirilməsindən danışdı

Komitə sədri Bakıdakı sənədsiz evlərin sənədləşdirilməsindən danışdı

Ölkə

15 Aprel 2011, 14:00


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ölkə prezidentinin Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlər görülür: “Bildiyiniz kimi, Bakı şəhərində olan qanunsuz evlərin sənədləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb. Bununla bağlı müvafiq qurumlar işə  cəlb olunub.  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də bu istiqamətdə görəcəyi işlər var. Bu barədə biz komitə olaraq təkliflər vermişik. Yəqin ki, bu məsələr öz həllini tapacaq”

Komitə sədri qeyd edib ki, bu kimi problemlərin yaranmasına əsas səbəb bir sıra bələdiyyələr və məmurlar tərəfindən insanlara qanunsuzn sənədlərin verilməsidir.
“Təbii ki, ayrı-ayrı bələdiyyələr, məmurlar bununla bağlı insanlara sənəd verirlər ki, bunlar da hüquqi sənəd sayılmır. Buların heç bir hüquqi  əsası  yoxdur.  Buna görə də, müvafiq qurumlar bunu tanımırlar və sənəd vermirlər “-deyə qeyd edən Q.Məmmədov təkliflər irəli sürüb.
“Mən düşünürəm ki, ilk növbədə şəhər kadastrı aparılmalıdır. Bu da şəhər təsərrüfatının idarə olunması deməkdir. Bunu da Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  ilə birgə aparmalıdır. Bu texniki məsələdir, təkliflər vermişik. Tapşırıqlar olandan sonra lazımı işlər yerinə yetiriləcək”.

Komitə sədrinin sözlərinə görə, Dövlət Neft Şirkətinə məxsus torpaqlar əslində bu şirtəkə deyil, dövlətə məxsusdur.

“Siz bilirsiniz və mən dəfələrlə bu barədə demişəm ki, Dövlət Neft Şirkətində olan torpağın özü də Neft Şirkətinə məxsus deyil, bu torpaqlar dövlət torpaqlarıdır. Əvvəllər bütün torpaqlar dövlət torpaqları idi. 1996-cı ildən sonra bir mülkiyyət formasından üç mülkiyyət forması yarandı. Qeyd edim ki, hazırda dövlət torpaqları 56,9 faiz, bələdiyyə torpaqları 23,5 faiz və xüsusi mülkiyyətə verilən torpaqlar 19 faiz təşkil edir”-deyə Q.Məmmədov əlavə edib. O, bildirib ki, neft çıxarılan torpaq sahələri neftdən təmizləndikdən sonra yenidən dövlətə qaytarılmalıdır.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı