Modern.az

Radara düşən müğənni Rəqsanə polislərlə dalaşıb (VIDEO)

Radara düşən müğənni Rəqsanə polislərlə dalaşıb (VIDEO)

Ölkə

18 Aprel 2011, 12:50


Müğənni Rəqsanə İsmayılova ilə yol polisi əməkdaşları arasında insident olub.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə aprelin 17-də axşam saat 19.00 radələrində Quba-Bakı yolunda yerləşən Zarat postu yaxınlığında qeydə alınıb. (APA)

Məlumata görə, DYP əməkdaşları Faiq Azayevin idarə etdiyi “Mercedes” markalı, 10 EH 011 dövlət nömrə nişanlı avtomobili radara düşdüyü üçün (165 km/saat) saxlayıblar. Bu zaman sürücü avtomobilə yaxınlaşaraq sənədləri tələb edən polisə etirazını bildirib və kobud rəftar edib. Polis əməkdaşı sürücünü müvafiq sənədləşmə aparmaq üçün posta dəvət edib. Posta daxil olan sürücü və onun yanında olan sərnişinlər – müğənni Rəqsanə İsmayılova, onun rəfiqəsi Təranə Səmədova polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa hər üç şəxs onları intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirib və müqavimət göstəriblər.

Avtomobilə baxış keçirilərkən maşında əlavə avadanlıqların olduğu və şüşələrə qara plyonka yapışdırıldığı da müəyyən edilib.

Hazırda baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir. Onu da əlavə edək ki, müğənni R.İsmayılova Dağıstanın Dərbənd şəhərindən toy mərasimindən qayıdırmış.

Qeyd edək ki, R.İsmayılova daprelin 11-də axşam saatlarında avtomobil qəzası törədib. Müğənninin idarə etdiyi «Mercedes-Benz Gelandewagen» digər avtomobillə toqquşub. Nəticədə qarşıdakı maşının sərnişini yaralanaraq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, «Mercedes-Benz Gelandewagen»  müğənniyə deyil, başqa birisinə məxsusdur.
Qəza nəticəsində Rəqsanənin idarə etdiyi «Mercedes-Benz Gelandewagen» tam yararsız hala düşüb. Maşının təhlükəsizlik yastıqlarının açılması ifaçının həyatını xilas edib.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı