Modern.az

AİDS-dən də 100 dəfə çox yoluxucu xəstəlik...

AİDS-dən də 100 dəfə çox yoluxucu xəstəlik...

Ölkə

18 May 2010, 11:53

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda  dünyada 550 milyon insan Hepatit B və Hepatit C virusunun daşıyıcısı kimi xroniki xəstədir. Bu o deməkdir ki, dünya əhalisinin hər 12 nəfərdən biri Hepatit B və C-nin yolxucularıdırlar. Elmə məlum olan 6 virus hepatiti mövcuddur- Hepatit A, B, C, D, E və G. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyinə və yayılma növlərinə görə fərqlənirlər. Hepatit B və C bu sadaladıqlarımızdan ən təhlükəliləridir. Hepatit B virusu nədir? Bu virusu yaradan səbəb, yoluxma və xilas olma üsulları barədə sullara cavab almaq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi şöbəsinin əməkdaşı Vüqar Yaqublu ilə söhbətləşdik.  

- Hepatit B nədir və  onu hansı səbəblər törədir?

- Hepatit B mövcud olan 6 növ hepatit viruslarından biri və ən təhlükəlilərindəndir. Ona görə təhlükəlidir ki, insanın özünün belə xəbəri olmadan bu virus bədənə daxil olur, qaraciyərə keçir və qaraciyər hüceyrələrini zədələyir. Bu zaman qaraciyərdə normal hüceyrələr getdikcə azalır və onun yerini heç bir əhəmiyyəti olmayan birləşdirici (çapıq) toxumalar əvəz edir. çox vaxt da qaraciyər xərçənginə çevirir. Bu virusa yoluxandan 20-30 il sonra qaraciyərdə pozulma baş verir və öz funksiyasını yerinə yetirə bilmir.

- Hansı hallarda virus bədənə keçir?

- Virusun cinsi yolla bədənə daxil olma ehtimalı çox azdı- cəmi 2 faiz. Əsasən, qanla venadaxili iynə vurarkən, narkomanlar bir-birlərinin iynələrindən istifadə edərkən, tibbi iynə təsadüfən ələ və ya vücudun hər hansı bir hissəsinə batarkən virus bədənə daxil olur. Hətta doğuş zamanı yoluxma riski daha böyükdür. Bu halda virus anadan uşağa keçir. Ən təhlükəlisi də odur ki, yoluxmadan insanın xəbəri olmur.

- Xəstəliyə yoluxma zamanı özünü biruzə verən əlamətlər hansılardı? Belə halda insanlar daha çox nələrdən şikayətlənirlər?

-  İnsanlarda kəskin hepatit zamanı yaranan əlamətlər bunlardır: gözlərdə və üzdə sarılıq, tempraturun qalxması, qusma, kəskin ağrılar, ümumi zəiflik. Bu hallar 7-10 gün davam edir. B virusuna qarşı heç bir spesifik müalicə üsulu yoxdur, ancaq ümumi halda bu virusun yaratdığı fəsadları müalicə etmək mümkündür. B virusunun ən tez 6 ay inkubasiya (inkişaf) dövrü var.

- İmmuniteti güclü olan insanlarda bu virusa yoluxma riski nə qədərdir?

- Yaşlı və sağlam insanlarda yoluxma 10 faizdir. Lap sağlam insanlarda bu virusa yoluxma ehimalı cəmi 4 faizdir. Bu daha çox insanın bədənindəki immunun gücündən asılıdır. Yaşlı insanların bədənində immunitet güclü olduğundn virus xroniki hala keçmir. 6-12 yaş arası uşaqlarda bu göstərici 50 faizdir. Uşaqlarda immunitet zəif olduğundan tam yarı faiz virusun bədəndə qalma ehtimalı var. Yeni doğulanlarda bu faiz 1-5 arası dəyişir, yəni 95 faiz yoluxma və virusun bədəndə qalma ehtimalı var. Çünki, onlarda immunitet sistemi yeni formalaşır.

- Hepatit B-nin xüsusu müalicəsi varmı və hansı üsulla bu xəstəliyin qarşısını almaq olar?

- Bu xəstəliyin özünməxsus müalicəsi yoxdur. Hepatit B-yə yoluxan kəskin və xroniki xəstələr sadəcə olaraq qaraciyəri qorumaq üçün mübarizə aparırlar. Virusun özünü məhv etmək mümkün deyil. Amma hepatit B virusunun bir üstün cəhəti ondan ibarətdir ki, B virusuna qarşı vaksin var. İnsanalar özlərini vaxtında vaksinasiya edərlərsə, eləcə də bədənin immun sistemi nə qədər güclü olarsa, virusa yoluxma riski bir o qədər aşağı olar. Hər kəs mütləq  ildə iki dəfə həkim müayinəsindən keçməli və bu virus əleyhinə peyvənd olunmalıdır. Xatırladım ki, Hepatit B AİDS-dən də 100 dəfə çox yoluxucu xəstəlikdir.

- Həkim olaraq bu xəstəliyə yoluxan insanlara nə kimi məsləhətlər verərdiniz?

- Məsləhətim odur ki, periodik olaraq qara ciyərlərinin funksionallığını yoxlatdırsınlar. İldə iki dəfə müayinədən keçmək, qaraciyər üçün zərərli olan qidalardan çəkinmək lazımdır, əsasən də yağlı qidalardan imtina etməyə çalışmaq gərəkdi. Siqaretdən və alkoqollu içkilərdən uzaq olsunlar. Hamiləlik zamanı analar mütləq özlərii yoxlatsınlar. Qeyd etmək istərdim ki, keysəriyə üsulu ilə uşağın götürülməsi körpənin Hepatit B virusuna yoluxma ehtimalını azaldır. Bədənin immunitet sistemini gücləndirməyə çalışmaq lazımdır ki, bədən özü də vu virusa qarşı mübarizə apara bilsin.

Ümumdünya Hepatit Allyansı adlı bir cəmiyyyət var və bu alyans hər ilin 19 mayında virus hepatitlərinə qarşı aksiyalar təşkil edir. Bu beynəlxalq bir aksiyadır. Məsəd ondan ibarətdir ki, insanları virus hepatitləri haqqında maarifləndirsinlər. Bir şeyi nəzərə alaq ki, əgər insan istəsə bu virusa yoluxmaya bilər. İnsan bu sahədə bilgili olsa yaxşıdır. Aksiyanın məqsədi odur ki, insanlar bu virusa necə yoluxurlar, necə yolumurlar. Bilgili olduqdan sonra seçim onların ixtiyarına buraxılır.  Dürrə Həsən

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı