Modern.az

Təhsil və cəmiyyət...

Təhsil və cəmiyyət...

Ölkə

10 Noyabr 2010, 09:36

”Bu işıqlı dünyanı  heç zaman  görməmişəm, görəsən həyat necədir”. Bu fikirləri  anadangəlmə gözdən    əlil  olan    bir  qarmon   ifaçısı   deyib. Hər  zaman xatırladığım  həmin     şəxs    müxtəlif   yerlərdə  musiqi   ifa edib,  halal  pul qazanırdı.Görünür  Allah bu  insanı  xəlq etməklə işıqlı  dünyanın şirinliyini-acılığını   bəndələrinə göstərmək istəyib. Mən   bu yazını   heçdə   o,  insana  həsr  etmək  fikrində deyiləm. Ancaq söhbət  açacağımız mövzu ilə    müəyyən  qədərdə olsa     bağlılığı   var. İndi   isə   əsas mətləbə   keçək.

Həzrət  Əli deyirdi “İnsanlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər”.Hər bir  cəmiyyət  necədirsə, onun  insanları da  oxşarlıq təşkil edir. Hazırkı informasiya bolluğu   şəraitində heç az yaşlı  uşağı da hansı formadasa   təəccübləndirmək qəliz məsələdir.

Təkrarçılıq çıxmasın bəlkə  cəmiyyətdəki  problemlərin   bir  hissəsini   təhsildə axtarmaq  lazımdır.

Ona  görə ki,  bütün  sənət sahibləri parta arxasından    çıxaraq  müstəqil həyata,  bu cəmiyyətə    yol  açırlar. Gələcək   biznesmenin, polisin, həkimin, mühəndisin  və  başqalarının əxlaqlı  dünyagörüşü,   vətəndaşlıq mövqeyi   məhz orta  məktəb  partasından  formalaşır.   Zəncirvari   proses  olan  bu məqamlarda  baş verən  hər hansı   qüsurlar, buraxılan  səhvlər    gündəlik həyatımızda,  cəmiyyətimizdə   özünü   bütün  çılpaqlığı ilə   büruzə  verir.  Sındırılmış şagird, sındırılmış gənc cəmiyyət üçün çox qorxulu olur.

Bu gün  çoxlarımız   bu və digər formada orta məktəblə bağlıyıq.

Ola bilər  təhsil üzrə mütəxəssis  deyilik, ancaq oradakı  problemlərin mahiyyəti   bəllidir.

Təhsil haqqında  yalnız dərs ili başlayanda, qurtaranda və yaxud  müəllimlər günündə yazmaq, danışmaq azdır. Mənə belə gəlir ki, bu məsələyə daim ictimai nəzarət və ictimai qınaq olmalıdır.

Ümumiyyətlə, təhsil sahəsindəki çatışmazlıqlar, çap edilən dərsliklərin yarasızlığı,bu sistemdə qeyri  şəffaflıq barəsində  KİV-lərdə  həddindən artıq   fikirlər səslənib.  Narahatçılıq doğuran odur  ki, bu məsələlər, ictimailəşən   problemlər   həllini    tapmır. Dövlətin  böyük vəsaiti hesabına    ibtidai siniflər üçün  bu il  nəşr olunan  bəzi  dərsliklərin    gələn  il   istifadəsinə  icazə verilmir. Valideynlərə digər  bir müəllifin   yeni kitabını  almaq tapşırılır. Müqayisə aparanda   görürsən ki,  bu yeni  kitab   şagird  üçün əvvəlkindən daha  çətindir, mahiyyətinə görə,  isə  qüsurludur. Deyəsən,  burada  alver predmeti  önə çəkilir.

Son dövlər  şagirdlərin    əqli-intellektual   biliklərindən  tez-tez söhbət açılır. Guya  kitabları   bu qədər   qəlizləşdirməklə   azyaşlıların  səviyyələrinin   qaldırılmasına kömək edirlər.  Əslində dərslikləri  bu günə salmaqla  dövlətin  və valideyinlərin   büdcəsinə   zərbə dəyir.    Diğər tərəfdən  bu kitablarda  mürəkkəbləşmə  prosesi  şagirdlərin    əqli mülkiyyətinin  formalaşmasında ləngimələrə  gətirib  çıxarır.

 Təhsil   sistemindəki   bəzi  yanlışlıqlar  artıq özünü büruzə verir. Tələbə Qəbulu  üzrə  Dövlət  Komissiyasının (TQDK) verdiyi  açıqlamalara görə, ali məktəblərə son illər qəbul imtahanlarında  orta məktəb  məzunlarının  əvvəlki   illərlə  müqayisədə  aşağı bal toplaması  faktı  mövcuddur.  Təhsilin   inkişafına,  məktəblərin  təmirinə,  yenilərinin  tikintisinə  kifayət qədər     vəsait ayrılır.    Hər il    kitablar,   dərsliklər   nəşr olunur.   Bəs   təhsildəki  bu geriləmənin    səbəbi   nədəndir?   Təbiı ki,  ortaya  çıxan  bu sulları  bir mənalı  cavablandırmaq çətindir.  

 Çıxış yolu  kimi KİV təmsilçilərinin,  ixtisaslaşmış QHT-lərin, bəzi dövlət qurumları   nümayəndələrinin,  müstəqil  ekspertlərin iştirakı  ilə İctimai  Şuranın  yaradılmasına ehtiyac var. Bu qurum   təhsil  sahəsində yaranan mövcud   problemləri  tədqiq edərək təkiliflər  hazırlayar.  Yalnız kimisə  tənqid  etməklə iş  bitmir. Burada  real situasiyanı dəyərləndirərək optimal   variantlar   tapmaq,  inkişafa xidmət edən təkliflər  hazırlamaq  mümkündür.

Tədris ocaqlarında  iqtisadi sistemin  formalaşması,   məktəb daxilində   yaradılan   maliyyə fondlarının   şəffaf  idarə edilməsi,   əgər qeyri- qanuni   ödəniş  faktı üzə çıxarsa    bu  halların   ictimailəşməsi, kadr potensialının formalaşmasında ədalət prinsipinin gözlənməsi və s. məsələlərlə  bağlı     konsepsiyanın hazırlanması  zərurəti  yaranmışdır.    Əslində   cəmiyyətin  anlaqsız  duruma düşməsi   və yaxud inkişafı    yaxşı təhsillə  bağlıdır.   Bəlkə  yaxşı təhsil  arxasınca xarıci ölkələrə getmək  imkanı  olmayanlar  üçün burada  bu şəraiti  yaratmaq mümkün oldu.  Necə  düşünürsünüz?

 Təhsilin və cəmiyyətin inkişafında Yaponiyanın   təcrübəsi diqqəti cəlb edir.  İkinci   dünya  müharibəsində   tamamilə  məğlub  edilən, təbii ehtiyatları yox səviyyəsində olan Yaponiya    öz  təhsili  ilə  dünya arenasına  çıxdı.Təsəvürrə  gəlməyən  inkişafı ilə bu   gün   hamını  heyrətləndirir. Həmin keyfiyyətli texnologiyanı  yaratmaq və dünyada  qəbul  elətdirmək  üçün   yüksək təhsil   lazım idi.Yaponlar  bunu  qura  biliblər

Olar bilər kimlərsə, mənim fikrimlə razılaşmasın. Bu təbii bir haldır. Ancaq yenə öz mövqeyimdə qalıram və  mənim fikrimcə Azərbaycanda  cəmiyyətin  peyvəndi  normal təhsildən, millətin,  dövlətin  inkişafına  xidmət edən   vicdanlı  münasibətdən   başlayır.                 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı