Modern.az

Azəbaycanda iki nəfər evdə yanaraq ölüb

Azəbaycanda iki nəfər evdə yanaraq ölüb

Təhsil

21 Mart 2014, 12:07

Bakı şəhəri, Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 8 kv.m sahədə yanıb.
Fövqəladə Hallar nazirliyinin məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub. Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xaçmaz rayonu, Çarxı kəndində (rayon mərkəzindən 18 km aralı) 1964-cü il təv. Məmmədov Aqil Habil oğluna məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı evdən yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı