Modern.az

Vahid Əhmədov seçicilərini qəbul edib - FOTOLAR

Vahid Əhmədov seçicilərini qəbul edib - FOTOLAR

Təhsil

12 Aprel 2014, 10:58

Milli Məclisin deputatı Vahid  Əhmədov Quba şəhərindəki ofisində seçiləri  ilə görüşərək, onları  qəbul edib. Qəbula gəlmiş 31 seçicinin hamısı  təkbətək  qəbul edilərək, dinlənilib. Mənzillərin  təmiri və bərpası, ev tikintisi üçün torpaqların verilməsi, təmir  işləri üçün materialın  ayrılması, kənd  təsərrüfatı  kreditlərinin verilməsindəki bürokratik əngəllər, tikilmiş evlərin  özəlləşdirilməsində  yaranan çətinliklər və s. məsələlər budəfəki  qəbulun əsas  araşdırma mövzularından olub. Kənd təsərrüfatı işlərinə  start   verildiyi bir zamanda aidiyyatı qurumların onlara lazım olan dəstəyin verilməsi məsələsi də qabardılan mövzulardan olub. Bir neçə problem yerindəcə həll edilib, qalan  məsələlər nəzarətə götürülərək, icrası üçün istiqamətlər müəyyənləşdirilib.
 Qəbuldan sonra millət vəkilinin rayon icra  hakimiyyətinin başçısı M.Ağayevlə  görüşü olub, rayon  üçün aktual olan  məsələlər  söhbət mövzusu   olub. Hazırda Quba  şəhərinin bəzi küçələrinin asfaltlama işləri ilə tanış  olan millət vəkili öz səlhiyyətləri  çərçivəsində bu işlərə dəstək  və kömək edəçəyini bildirib. Növbəti  qəbul may ayına planlaşdırılıb.











Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı