Modern.az

“İŞİD kimyəvi silah anbarını tutdu” – RƏSMİ AÇIQLAMA

“İŞİD kimyəvi silah anbarını tutdu” – RƏSMİ AÇIQLAMA

Təhsil

9 İyul 2014, 10:23


İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşma Bağdadın şimal-qərbindəki Muthanna bölgəsində  kimyəvi silah anbarını ələ keçirib.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə İraqın BMT-dəki daimi nümayəndəsi adıçəkilən beynəlxalq təşkilatın baş katibi Pan Gi Muna göndərdiyi məktubda məlumat verib. O bildirib ki, terroristlər 11 iyulda Muthannadakı kimyəvi silah təsisatını ələ keçiriblər.  

Qeyd edək ki, sözügedən silah anbarının İraqın sabiq prezidenti Səddam Hüseyn zamanından qaldığı bildirilir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı