Modern.az

Kaliforniya ştatı Qarabağ separatçılarının müstəqilliyini tanıdı

Kaliforniya ştatı Qarabağ separatçılarının müstəqilliyini tanıdı

Təhsil

28 Avqust 2014, 10:07

ABŞ-ın əhalisinin sayına görə ən böyük ştatı olan Kaliforniya qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, ştat senatı bununla bağlı müvafiq qətnamə qəbul edib. Qətnamədə ABŞ Konqresi və prezidentinə də qərarı dəstəkləmək çağırışı yer alıb.

Xatırladaq ki, Kaliforniya erməni diasporunun əsas mərkəzlərindən hesab olunur. Ştat ərazisində erməni mənşəyinə malik 1 milyon sakin yaşayır.

Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı