Modern.az

Bahar Muradova deputatları təklif verməyə çağırdı

Bahar Muradova deputatları təklif verməyə çağırdı

Təhsil

25 Dekabr 2014, 15:01


“Elm haqqında” qanun layihəsinin Elm və təhsil komitəsində müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxış edib.

Modern.az saytının verdiyi xəbərə görə, o deyib ki, müzakirələr zamanı müxtəlif fikirlər səslənib. B.Muradovanın fikrincə, deputatlar layihə ilə bağlı real təklif və tövsiyələrlə çıxış etməli, ümumi fikirlərdən uzaq olmalıdırlar.

Bahar Muradova geniş tərkibli komitə iclaslarında dəvət edilən ən müxtəlif qurumların nümayəndələri və ekspertlərinin fikirlərini dinləməyin tərəfdarı olduğunu qeyd edib.

“Elm haqqında” qanun layihəsi parlamentin plenar iclasında müzakirə üçün tövsiyə olunub.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı