Modern.az

Səfirlər Xocalıya görə bir araya gəldi – FOTOLAR

Səfirlər Xocalıya görə bir araya gəldi – FOTOLAR

Təhsil

25 Fevral 2015, 10:55

24 Fevral tarixində  Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı-insaniyyətə qarşı cinayət” adlı seminarı keçirilib.

Modern.az xəbər verir ki,tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərinin rektorları və professorları, Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Yəmən, Türkmənıstan və digər ölkələrin Səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.  

Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.  

Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Konfliktinin mahiyyəti haqqında məlumatlandırıb.

O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində  Dağlıq-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal  nəticəsində 1 milyon insanın qaçqın və köçkün həyatını yaşadığı , 20 min insanın öldürüldüyünü bildirmişdir. Professor, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımını bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.  

Beynəlxalq İslam Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin  dekanı Manzur Afridi, Preston Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Soheyl Mahmud və Müasir Dillər Universitetinin professoru Attik Ur Rehman  öz çıxışlarında, Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklər barəsində danışıblar. Natiqlər, Xocalı hadisələrinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, Fransa, Rusiya, İngiltərə və Türkiyə mediasından sitatlar gətirmişdirlər.

Onlar, mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibliyini ön plana çəkiblər. Çıxışlarda, Pakistanda Xocalı soyqırımı memorialı qurulması fikiri də səslənib.  

Tədbirin sonunda Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov çıxış edib. 

Səfir öz nitqində,  Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumatlar verib. Səfir, Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən həmçinin 05.10.2014 –cü il tarixində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrin qəbul edilməsinə görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib.

Özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər barəsində danışan natiq, elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atdığını vurğulanıb.  

Seminarın rəsmi hissəsindən sonra, səfir Daşqın Şikarov TRT, Such, GEO və Dawn televiziya kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayıb. O bildiribki, bu kimi hadisələrin gələcəkdə də  təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.  

Tədbirin keçirildiyi zalda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.  

Tədbirdən sonra səfirlik tərəfindən İslamabad şəhərində yerləşən Bari İmam ziyarətgahında Xocalı şəhidlərinin ruhuna ehsanlar paylanılıb.

Modern.az

              

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı