
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün səhər Xocalı soyqırımını anma mərasimində iştirak edib.
İlham Əliyev Bakının Xətai rayonu ərazisndə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı" abidəsini ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan prezidenti ilə birgə abidəni ziyarət edib.
Ölkə başçısını Azərbaycanın hökumət rəsmiləri, deputatlar da müşayiət edib...
Modern.az