Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin 2015-ci il fevralın 2-dən may ayının 1-dək ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının rayonda icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidaki icra nümayəndələri, bələdiyyələr, Mərkəzi Xəstənasının tabeliyində olan tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Müşavirəni Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, qeyd edib ki, Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı tapşırığı bir məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır.
“Ölkə başçısının tapşırığı cəbhə bölgəsində yerləşən Füzuli rayonunda böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüş, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə iclas keçirilmişdir. Səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilmiş, əhalinin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradımışdır”.
Müşavirədə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev çıxış edib, rayon ərazisindəki 40 yaşayış məntəqəsinin 28270 nəfər sakini 5 məntəqədə, Mərkəzi Xəstəxana, Horadiz, Əhmədbəyli və “Qayıdış” xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirildiyini vurğulayıb. Bildirib ki, bu günə kimi 9400 nəfər rayon sakini ambulator, 246 nəfər isə stasionar müalicəyə cəlb edilib, 82 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki xəstəxanalara göndərilib.
Digər çıxış edənlər ölkə başçısının bu humanist təşəbbüsünün füzulililər tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər.
Alı Alıyev tədbirə yekun vuraraq, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tapşırıqlar veribr. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürüdür.


Modern.az