Modern.az

Qalmaqallı məktəbdə yeni direktor

Qalmaqallı məktəbdə yeni direktor

Təhsil

23 Noyabr 2022, 16:52

Qalmaqallı səs yazısına görə iş yeri dəyişdirilən 45 nömrəli tam orta məktəbin keçmiş direktoru Nəcibə Axundovanın yerinə yeni təyinat olub.

Modern.az-ın məlumatına görə, 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsi Rəşad Alcanova həvalə olunub.

R.Alcanov əvvəllər Qaradağ rayon Qobustan qəsəbəsində yerləşən 195 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib. 2016-cı ildə potensial məktəb direktorları kursunu bitirib, sonra 184 nömrəli məktəbə direktor təyin olunub. 2018-2019-cu illərdə 228 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1 noyabr 2019-cu il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 45 nömrəli məktəbdən azad olunan Nəcibə Axundova 34 saylı məktəbə direktor təyin olunub.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj