Modern.az

Buraxılış imtahanları kompüterlə keçiriləcək? – DİM sədrindən açıqlama

Buraxılış imtahanları kompüterlə keçiriləcək? – DİM sədrindən açıqlama

2 Fevral 2023, 11:24

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

 

M.Abbaszadə bildirib ki, buraxılış kütləvi imtahan olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil: “Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

 

Qurum rəhbəri əlavə edib ki, cari ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı