Modern.az

Universitetlərdə ən böyük problem maliyyələşmə ilə bağlıdır - Emin Əmrullayev

Universitetlərdə ən böyük problem maliyyələşmə ilə bağlıdır - Emin Əmrullayev

23 May 2024, 10:45

Universitetlərdə elmi tədqiqat işləri ilə bağlı ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

 

O bildirib ki, Azərbaycan ali təhsil müəssisələri müəyyən mənada gənc hesab oluna bilər:

 

“Bir müddət onlar əsasən kadr hazırlığı ilə məşğul olub. Təhsil islahatları zamanı bəzi müəssisələrin adının akademiya, institut kimi dəyişməsi də təsadüfi deyil. Elm və Təhsil Nazirliyi olaraq elmi tədqiqatların da stimullaşdırılması bizim üçün əhəmiyyətlidir. Hazırda universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri