Modern.az

Azərbaycanda orta məktəblər publik hüquqi şəxs olacaq 

Azərbaycanda orta məktəblər publik hüquqi şəxs olacaq 

Təhsil

14 İyun 2024, 19:01

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxsdir.

 

Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs tabeliyində ümumi təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla yaradır. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində ümumi 5 təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yaradır. Bələdiyyə tərəfindən ümumi təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

 

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:

 

- Nümunəvi Nizamnamədən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin yeni nizamnamələrini iki ay müddətində təsdiq etməli;

 

- nizamnamələr təsdiq edildikdən sonra tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etməli;

 

- Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı