Modern.az

Ülviyyə Ağayeva: “Mehriban xanım övlad itirmiş ananın yanında ana, nişanlısını, həyat yoldaşını itirmiş gəlinin yanında bacıdır”

Ülviyyə Ağayeva: “Mehriban xanım övlad itirmiş ananın yanında ana, nişanlısını, həyat yoldaşını itirmiş gəlinin yanında bacıdır”

Aktual

25 Avqust 2021, 15:18

İnsanı bütün həyatı boyu fəaliyyəti, gördüyü işlər, xoş məramları, ürək açan əməlləri tanıdır, xalqın sevimlisinə çevirir. Ancaq Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Prezidentinin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəfini son bir-iki ildə dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda baş verən hadisələr çərçivəsində qiymətləndirmək də kifayət edər ki, bu Qadının həqiqətən zərif çiyinlərində, kövrək bədənində necə böyük iradə yaşadığını, böyük ürək döyündüyünü görək. Adətən, tanınmış şəxsiyyətlərin xidmətləri, elmi, ictimai-siyasi fəaliyyətləri, əmək sahəsindəki nailiyyətləri, ailə və dost-tanışları üçün dəyərləri sadalanda, onlara yaxınlarının, onları əhatə edən insanların münasibətli vurğulanır. İlk növbədə, bunu da qeyd etmək yerinə düşər ki, bəlkə, bu da böyük bir xoşbəxtlikdir ki, insanın adı ilə şəxsiyyəti bir-birini tamamlayır. Tutduğu yüksək vəzifələr, ucaldığı zirvələr, qazandığı şöhrət, elə bil, bu insanı adına daha da çox uyğunlaşdırır.

 

Bütün görkəmi, hərəkətləri adı kimi, özünün daxilində də bir Mehribanlıq olduğunu göstərir. Azərbaycanın birinci xanımı, böyükdən kiçiyə qədər hamının özünə məxsus şəkildə sevdiyi, dəyərləndirdiyi bu şəxsiyyət haqqında, fəaliyyəti, uğurları barədə çox danışmaq olar: Azərbaycan Mədəniyyət Fondunu, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti, Azərbaycan xalqının Ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun Xoşməramlı səfiri, ISESCO-nun Xoşməramlı səfiri və s. Azərbaycan mədəniyyətinin dünyada təbliği, maddi və qeyri-maddi mədəni irsimizin bir çox nümunələrinin YUNESKO-nun siyahısına daxil edilməsinə nail olaraq, mədəni sərvətlərimizin qarət edilməsi, qonşu-düşmən xalqın mənimsəməsindən xilas edilməsi məhz onun adı ilə bağlıdır. Bunlar Mehriban xanımın fəaliyyətində dəryadakı damladır.

 

Hər dəfə müharibədən zərər çəkmiş, əzizlərini, övladlarını, ərlərini şəhid vermiş qadınlarımızla, şəhid balaları ilə görüşlərdə bu İnsanın hansı hislər keçirdiyini görməmək mümkün deyil. Adama elə gəlir ki, bu Şəhidlər hamısı onun qardaşı, atası, oğludur. Mehriban xanım övlad itirmiş ananın yanında ana, nişanlısını, həyat yoldaşını itirmiş gəlinin yanında bacıdır. Xalqın sevinci onun sevinci, dərdi – kədəri onun dərdi, kədəri olub. Prezidentimizlə birlikdə düşmən işğalından azad edilmiş torpaqlarımıza səfərləri bütün təfərrüatları ilə işıqlandırmaq, bu böyük sevinci də xalqı ilə şəxsən özü paylaşmaq istəmiş, Prezidentin zarafatla dediyi kimi, özü hər dəfə "operatorluq" etmiş, azad edilmiş torpaqlarımızın gözəlliyindən aldığı zövqü xalqına da çatdırmaq istəyib, elə bununla da özünün bir daha xalqın Mehribanı olduğunu sübuta yetirib.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı