Modern.az

Uşaqların boy və çəkisinə dair yeni norma müəyyənləşdi

Uşaqların boy və çəkisinə dair yeni norma müəyyənləşdi

Aktual

25 Avqust 2021, 15:44

“Azərbaycanda 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

Baş pediatr bildirib ki, artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək.

 

E.Rəhimov qeyd edib ki, tədqiqat nəticəsində yeni normalar qəbul olunub:

 

"Mən bu sənədi Səhiyyə Nazirliyinə göndərəcəyəm. Səhiyyə Nazirliyinin saytında yerləşdiriləndən sonra hər kəs bu sənədlə tanış ola biləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı