Modern.az

Azərbaycandan ekstradisiya olunan mafiya başçısı Türkiyədə həbs olundu

Azərbaycandan ekstradisiya olunan mafiya başçısı Türkiyədə həbs olundu

Dünya

31 Oktyabr 2016, 12:58

10 ildir ki, Türkiyədə axtarışda olan mütəşəkkil cinayətkar dəstənin başçılarından biri Ankarada tutulub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Söyləməz qardaşları” adlı dəstənin başçısı Mehmet Sena Söyləməzin üzərindən Sincan rayonunda saxta Milli İstihbarat Təşkilatının (MİT) vəsiqəsi tapılıb.

 

İxtisasca hərbi həkim olan Mehmet Sena Söyləməz və istefada olan hərbçi Faysal Söyləməz qardaşlarının rəhbərlik etdiyi mafioz dəstə bir neçə cinayət etməkdə təqsirləndirilib. Onların və dəstənin digər üzvlərinin haqqında bir neçə dəfə həbs qərarı verilib.

1996-cı ildən bu günə qədər üstü açılmayan müxtəlif cinayətlərdə şübhəli bilinən qardaşlardan biri Ankarada tutulsa da, Faysal Söyləməzin axtarışı davam edir.

 

Qeyd edək ki, İnterpol vasitəsi ilə axtarışa verilən Söyləməzlər daha sonra Azərbaycanda tutularaq, Türkiyəyə ekstradisiya ediliblər. Lakin Türkiyəyə göndəriləndən sonra müəmmalı şəkildə azadlığa buraxılıblar. Bundan bir müddət sonra isə barələrində yenidən axtarış elan olunub.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı