Modern.az

Soçidə Andronikə 2 gün əvvəl qoyulmuş heykəl tələsik sökülüb

Soçidə Andronikə 2 gün əvvəl qoyulmuş heykəl tələsik sökülüb

Ölkə

29 May 2011, 14:30


Soçidə 31 mart 1918-ci ildə azərbaycanlıalrın söyqırımında məşum rol oynamış daşnak generalı Andranik Ozanyana 3 gün əvvəl qoyulumuş heykəl hakimiyyətin sərt təzyiqindən sonra mayın 27-də sökülüb.
Modern.az erməni KİV-lərinə sistinadən bildirir ki, Soçinin Lazarevsk rayonunun Volkonka kəndində Rusiya Erməniləri İttifaqının (REI) təşəbbüsü ilə bir müddət əvvəl qoyulmuş bu heykəl  cəmi bir neçə gün peydstalda davam gətirə bilib. Mayın 27-də elə REİ-nin yerli təşkilatı tez-tələsik heykəli sökməyə başlayıb. Yerli erməni icması heykəlin sökülməsini Azərbaycanın və Türkiyənin Soçi rəhbərliyinə təzyiqlərinin nəticəsi hesab edirlər.
Maraqlıdır ki, Andranikin heykəli elə Rusiya Erməniləri İttifaqının yerli şöbəsinin təşəbbüsü  ilə sökülüb.

Heykəlin sökülməsindən qəzəblənən yerli erməni icması  bu gün Krasnodara gələn erməni katolikosu II Qaragenlə görüşmək niyyətindədirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı