Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

11 Oktyabr 2010, 16:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanin bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz 21-24, axşam 15-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 12-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Oktyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

Oktyabrın 14-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi, gecə və səhər isə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 18-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 12-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti təşkil edəcək.

Oktyabrın 13-14-də əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı