Modern.az

Yevlaxdakı danışıqlar çoxlu görüşlərdən birincisidir - Elçin Əmirbəyov

Yevlaxdakı danışıqlar çoxlu görüşlərdən birincisidir - Elçin Əmirbəyov

قره‌باغ

21 Sentyabr 2023, 14:26

"Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib.

 

"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib.

 

"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı