Modern.az

Deputatlar yeni təyinatlara RƏY bildirdilər

Deputatlar yeni təyinatlara RƏY bildirdilər

Təhsil

23 Oktyabr 2013, 16:44

“Prezident İlham Əliyev prosedura, Konstitusiyaya uyğun olaraq hökuməti yenidən formalaşdırdı. Bu da cənab prezidentin inauqurasiya mərasimində söylədiyi konseptual fikirlərin təsdiqi kimi bir daha ortaya çıxdı”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O, qeyd edib ki, bu islahatlarla müəyyən sahələrin, o cümlədən ölkənin əsas sosial, aqrar sahəsinin, yəni ərzaq təhlükəsizliyini təmin edəcək bir sektorun yeni kadrlarla gücləndirilməsi və islahatların aparılması təqdirəlayiq haldır.

“Təyinatların da əsas məqsədi Azərbaycanda sosial dövlətin qurulması, ərzaq təhlükəsizliyi probleminin həlli, Azərbaycanın aqrar sektorunun dirçəlməsi və Azərbaycanın regionların inkişafı üçün şəraitin daha da yaxşılaşdırılmasıdır. Təyin olunan kadrların hamısı bizim yaxından tanıdığımız və Azərbaycan dövlətinin işində yaxından iştirak edən peşəkar, islahatçı, savadlı insanlardır. Hörmətli Əli Əhmədovun Baş nazirin müavini sahəsinə irəli çəkilməsi, yəqin ki, sosial sahə kurasiyasının Əli Əhmədova tapşırılması, həm də sosial dövlət quruculuğu prosesində hökumətin böyük layihələrinin həyata keçirilməsinin çox vacib şərtlərindən biridir. Əli Əhmədov siyasətdə olduğu zamanda hər tərəfdən özünü müsbət sahədə göstərib, islahatçı, cəmiyyətə açıq və problemləri vaxtında görən və həll etməyə qadir olan bir siyasi şəxs kimi  təqdim edib”.

M.Quliyev bildirib ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edilməsi də aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi probleminin həllində çox vacib rol oynayacaq addımdır.
“O, savadlı iqtisadçıdır. Maliyyə nazirinin müavini vəzifəsində, istərsə də Milli Məclisdə Hesablama Palatasının sədri vəzifəsini icra edərkən özünü savadlı, peşəkar iqtisadçı və islahatçı şəxs kimi tanıdıb. Onun rəhbərliyi ilə köklü islahatların şahidi olacağıq.

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması da sosial sahədə islahatların vacibliyini şərtləndirən və bu islahatları həyata keçirə biləcək gərəkli kadrın yerində təyinatının göstəricisidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox ciddi problemlər var. İstər əlilliyin ekspertizası, istər əlillərin reabilitasiyası məsələsində, istər ünvanlı sosial yardımın həyata keçirilməsində və s. problemlər mövcuddur. Ona görə də bunlar tam yerində olan dəyişiklərdir və qısa müddət ərzində bu dəyişiklər müsbət nəticəsini verəcək”.

Milli Məclisin deputatı Rüstəm Xəlilov da yeni təyin olunmuş nazirlərə böyük ümidlər bəslədiyini dilə gətirib. 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş parlamentin Regional məsələlər komitəsinin üzvü Modern.az-a açıqlamasında hökumətin yeni tərkibi ilə bağlı sərəncamlardan razı qaldığını deyib. “Yeni təyinatları çox yüksək qiymətləndirirəm. Hökumət üzvlərini təbrik edirəm. İnanıram ki, cənab prezidentin verdiyi təyinatlar öz müsbət nəticəsini göstərəcək“.

Aytən ƏLİYEVA
Abbas QƏMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı