Modern.az

Deputat Nazirlər Kabinetindən cavab gözləyir

Deputat Nazirlər Kabinetindən cavab gözləyir

Təhsil

27 Mart 2014, 12:04


Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Xocalı soyqırımı zamanı əlil olan insanlara “ Xocalı soyqırımı əlili” statusunun verilməsi barədə Nazirlər Kabinetinə müraciət edib. Müraciətin göndərildiyi vaxtdan müəyyən keçib. Amma M. Quliyevə hökumətdən cavab gəlməyib.

Deputat Modern.az-a açıqlamasında bu gecikməni bayram tətili ilə əlaqələndirib. 

“Ümumiyyətlə məktubların baxılma müddəti var. Yəqin ki, müraciətim cavabsız qalmayacaq. Təxminən ötən ayın 10-11-i arası məktub yollamışam. Yəqin ki, bu ayın 10-da cavab alaram”.  

Gültəkin ƏLƏSGƏR
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı