Modern.az

İlham Əliyev NATO baş katibinin yeni müavinini qəbul edib

İlham Əliyev NATO baş katibinin yeni müavinini qəbul edib

Təhsil

10 Aprel 2014, 14:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun baş katibi Anders Foq Rasmussenin salamlarını dövlət başçısına çatdırıb. NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Dövlət başçısı NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırlayıb. Əməkdaşlığın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı