Modern.az

İtkin təyyarə tapıldı

İtkin təyyarə tapıldı

Education

16 Aprel 2014, 11:39


İngiltərədəki Bluewater Recoveries mərkəzinin direktoru David Mearns Malayziya hava yollarına aid itən təyyarənin dağıntısının tapıldığını iddia edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, təyyarənin axtarılması Hind okeanında 11 hərbi, 3 mülki təyyarə, 11 gəmi və insansız dənizaltı qurğularla davam edərkən təyyarənin tapıldığına dair yeni xəbər məhz Mearnsdan gəlib.

Dünyanın ən öndə gələn axtarış mütəxəssisi olaraq bilinən İngiltərə qurumunun direktoru Mearns deyib: “Əslində təyyarənin düşdüyü yeri tapdılar deyə düşünürəm. Hökumət hələ bunu açıqlamadı, əgər biri mənə “texniki olaraq əllərində kafi məlumat varmı” deyə soruşsa cavabım tamamilə “bəli” olacaq.

Mearns bu qədər əmin danışmasının səbəbinin təyyarənin “qara qutusu”ndan alınan siqnallar olduğunu dilə gətirərək deyib: “Okeandan təsadüfi siqnalları duymuram, bunlar keçici səslər deyil. Bu başqa bir şey ola bilməz”.

David Mearns İkinci Dünya Müharibəsinə qatılan və 19 Noyabr 1941-ci il noyabrın 19-da Hind okeanında batan Avstraliya Dəniz Qüvvətlərinə aid “Sydney” adlı döyüş gəmisinin qalıqlarını  2008-ci ildə tapıb.

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən yoxa çıxan təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı