Modern.az

“Barselona”nın keçmiş məşqçisi reanimasiyaya yerləşdirildi

“Barselona”nın keçmiş məşqçisi reanimasiyaya yerləşdirildi

Təhsil

25 Aprel 2014, 11:45


İspaniyanın “Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanovanın reanimasiyaya yerləşdirildiyi və vəziyyətinin kritik olduğu açıqlanıb Modern.az xarici KİV-ə istinadən bildirir ki, təxminən iki ildir xərçənglə mübarizə aparan Vilanova çəkdiyi ağrılar sonrası Quirón xəstəxanasına gətirilib və cümə axşamı əməliyyat olunub. Hazırda reanimasiyada saxlanılan Tito Vilanovanın vəziyyəti ilə əlaqədar ailəsindən hələ ki heç bir açıqlama verilməyib.    

2011-ci ilin noyabr ayında parotis bezində bir şiş təsbit edilən Vilanova 2012-ci ildə “Barselona”nın baş məşqçisi təyin olunub. Ancaq bir müddət sonra vəziyyəti yenidən pisləşdiyindən Vilanova müalicə olunmaq üçün Nyu-Yorka gedib. Xəstəliyinin şiddətlənməsi nəticəsində işləyə bilməyəcəyini açıqlayan Vilanova, 19 İyul 2013-cü il iyulun 19-da baş məşqçilikdən gedib. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı