Modern.az

Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı

Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı

تحصیلات

20 May 2014, 15:02


Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Növbəti ay iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcək.

Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı