Modern.az

Serj Sərkisyan İlham Əliyevlə növbəti görüşə razılıq verib

Serj Sərkisyan İlham Əliyevlə növbəti görüşə razılıq verib

Education

3 Sentyabr 2014, 12:43

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Turan”a müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Kardif sammitində görüşə biləcəklərini deyib.

Onun bu açıqlamasını isə Ermənistan Prezident Administrasityası nə təsdiq, nə də təkzb edib. Modern.az saytı xəbər verir ki, “Aykakan Jamank” qəzeti  Ermənistan hökumət mənbələrinə istinadən prezident Serj Sərkisyanın NATO-nun Uelsdə keçiriləcək sammiti çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşə razılıq verdiyini yazıb. 

Qeyd edək ki, NATO-nun növbəti sammiti sentyabrın 4-5-də  Uelsin paytaxtı Kardifdə keçiriləcək. Azərbaycan tərəfi isə prezidentlərin görüşü barədə hər hansı bir açıqlama verməyib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı