Modern.az

Ermənistanda siyasətçini və onun azyaşlı oğlunu çoxililk həbs gözləyir

Ermənistanda siyasətçini və onun azyaşlı oğlunu çoxililk həbs gözləyir

Təhsil

8 Sentyabr 2014, 16:14



Prokuror Qevorq Qevorqyan Yerevanın Nor Maraş rayon məhkəməsinə müraciət edərək “Birləşmiş Milli Təşəbbüslər” siyasi hərəkatının lideri Şant Arutunyanı 7 il müddətinə azadlıqdan məhrum etmək barədə vəsatət qaldırıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokuror “orta-ağır xəsarət yetirməklə xuliqanlıq etmə” maddəsi ilə ittiham olunan Arutunyanın əməllərinin tam sübuta yetirilmiş olduğunu hesab edib. Bundan başqa, prokuror Qevorqyan Şant Arutunyanın 15 yaşlı oğlu Şaqen Arutunyanın da 5 il müddətinə (silah yaxud silah qismində alətlə xuliqanlıq törətmə) azadlıqdan məhrum edilməsini istəyib.
  Xatırladaq ki, 2013-cü il noyabrın 5-də Şant Arutunyan və onun 100-ə yaxın tərəfdarı Ermənistan prezidentinin iqamətgahına doğru yürüş keçirməyə cəhd göstərib. Buna mane olmağa çalışan polislə toqquşma zamanı aksiya iştirakçıları dəyənək və əldəqayırma partlayıcı vasitələrdən istifadə ediblər. Faktla bağlı Arutunyan və onun daha 38 tərəfdarı həbs olunub. Onların bir çoxunun məhkəməsi davam edir.     Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı