Modern.az

Elif Şafak pirat satışlarında zirvədədir

Elif Şafak pirat satışlarında zirvədədir

Образование

9 Oktyabr 2014, 12:59


Son illərdə artan saxta kitab satışının ilk onluğu açıqlanıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Şöbəsinin saxta kitab satışı ilə bağlı həyata keçirdiyi  əməliyyat nəticəsində 171 min saxta kitab ələ keçirilib. Kitabları saxtalaşdırılaraq satılan yazarlar arasında 22 min kitabla Elif Şafak birinci yerdə dayanır. Saxta kitab satışında isə ilk onluqda duranların siyahısı belədir: 

1. Elif Şafak, 22 min ədəd

2. Ayşe Kulin, 18 min ədəd

3. Əhməd Ümid, 13 min ədəd

4. İskəndər Pala, 9 min ədəd

5. John Verdon, 8 min 300 ədəd

6. Canan Tan, 7 min 500 ədəd

7. Zülfü Livaneli, 7 min 200 ədəd

8. Sonər Yalçın, 6 min 800 ədəd

9. Oğuz Atay, 5 min 900 ədəd

10.  Xalid Hüseyni, 5 min 500 ədəd

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı