Modern.az

Berezovskinin partnyoru özünü pəncərədən atdı

Berezovskinin partnyoru özünü pəncərədən atdı

Education

11 Dekabr 2014, 20:35


Londonda 52 yaşlı milyonçu Skot Yanq intihar edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada daşınmaz əmlakla məşğul olan rusiyalı mərhum oliqarx Boriz Berezovskinin partnyoru Skot Yanq özünü pəncərədən atıb. İntiha dekabrın 8-də baş versə də, KİV-ə yalnız dünən axşam məlumat verilib.

Özünü Londonun Merilebon rayonundakı bahalı iqamətgahının 18-ci mərtəbəsindən atan milyonçunun nəşini polis dərhal şahidlərin şoka düşməməsi üçün ərazidən aparıb. Biznesmenin dostlarından biri deyib ki, Rusiya paytaxtındakı daşınmaz əmlakla bağlı alqı-satqıdan sonra müflisləşib.

Dostları onu da bildiriblər ki, bir ay əvvəl izlənilməsindən narahat olduğunu deyib. Bir il əvvəl də dostlarına deyirmiş ki, kimsə onu öldürmək istəyir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı