Modern.az

“Normand dördlüyü” XİN başçıları Ukraynanı müzakirə etdi

“Normand dördlüyü” XİN başçıları Ukraynanı müzakirə etdi

Təhsil

20 Fevral 2015, 01:17


“Normand dördlüyü” ölkələrinin (Fransa, Almaniya, Rusiya, Ukrayna) xarici işlər nazirləri telefonla Ukraynadakı gərgin vəziyyəti müzakirə ediblər.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ukraynanın xarici işlər naziri Pavel Klimkin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer və Fransanın xarici işlər naziri Loran Fabius yaranmış vəziyyətdən çıxış üçün praktiki adımlar atılmasının vacibliyini vurğulayıb.

Nazirlər bildirib ki, Minskdə əldə edilmiş razılığa nail olunmalıdır. Bu yaxınlarda  “Normand dördlüyü” xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı