Modern.az

Arif Yunusun həbs müddəti 5 ay uzadıldı

Arif Yunusun həbs müddəti 5 ay uzadıldı

Təhsil

23 Fevral 2015, 15:06


Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay - 2015-ci il, avqustun 5-dək uzadıb.

Modern.az xəbər verir ki, bu barədə "Amerikanın səsi"nə vəkil Əfqan Məmmədov bildirib. Müdafiə tərəfi apelyasiya şikayəti vermək niyyətindədir.

Vəkil həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir. A.Yunus 2014-cü il, avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub.   

Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı