Modern.az

Yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olunub

Yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olunub

Təhsil

23 Mart 2016, 10:07


Salyan şəhərindəki yaşayış binlarının birində yanğın hadisəsi qeydə alınıb. Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı