16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Regionların “kiçik padşahları” – icra başçıları – II
Regionların “kiçik padşahları” – icra başçıları – II
08.03.2012, 17:53

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi. Quba hadisəsi bir daha göstərdi ki, bəlkə də icra başçısı kənardan gətirilən şəxs olmasaydı, qubalıların öz arasından çıxan kadr olsaydı, bu hadisə də baş verməzdi. Ola bilər səhv düşüncədi...
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?

Modern.az-ın əməkdaşı Rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 5 rayonun İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, hansı rayondan olduqlarını diqqətinizə çatdırmışdıq. Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq.

Keçmiş partkom indiki icra başçısı

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev beyləqanlı deyil. Bu baxından deyə bilmərik ki, beyləqanlıların bəxti gətirib, ya yox. Yaxşısını özləri bilər. Onun tərcümeyi-alına baxaq.
İrşad Nadir oğlu Əliyev 1944-cu ildə Goranboy rayonu Gürzallar kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1961-ci ildən başlayıb. 1961-1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışıb. 1966-1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləyib. 1974-1980-cı illərdə Azərbaycanın keçmiş Şamuyan rayon partiya komitəsində təlimatçı, 1980-1982-ci illərdə rayon partiya komitəsində II katib, 1982-1983-cü illərdə Azərbaycan KPMK-də inspektor, 1983-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin I katibi, 1985-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin I katibi, 1991-1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin I katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlet Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının kənd kəsərrüfatı naziri vəzifələrində çalışıb. Prezidentin sərəncamı ilə  2005-ci ildən Beyləqan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İrşad müəllim vəzifədə cavan kadr deyil, kommunistlərin dövründən müxtəlif vəzifə kreslolarında əyləşən qocaman icra başçısı nəyi necə etməyi çoxlarından yaxşı bilər. Bəlkə də…

Vəzifə pilləsindəki sıçrayış

Biləsuvara da icra başçısı kənardan gətirilib, yerli kadr deyil. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan" universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini işləyib. 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 26.04.2011-ci il tarixdə Prezidentin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunub.
Mahir Quliyevə icra başçısı kimi ikinci dəfə etimad göstərilib. Üçüncü dəfə də belə etimad göstəriləcəkmi? Bu suala cavab vermək yuxarıların səlahiyyətinə aid olan məsələdir. Biləsuvarda yaxşı, yoxsa pis işləyir, onu da demək çətindir. Bu, ayrıca bir mövzudur.
 
Yerli kadr

Cəbrayıl rayonunda isə vəziyyət yuxarıdakı iki rayondan fərqlidir, İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev kənardan gətirilməyib, yerli kadrdır.
İcra başçısı Quliyev Mahmud  Nayfalı oğlu 22 iyul 1952-ci  ildə Cəbrayıl  rayonunun Böyük Mərcanlı  kəndinə  anadan  olub. 1959-1969-cu  illərdə  Cəbrayıl  rayonunun  Böyük Mərcanlı  kənd  ora  məktəbində orta təhsil alıb. 1969-1973-cü illərdə D.Bünyadov  adına Azərbaycan  Xalq Təsərrüfatı  İnstitutunun  Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.
1 avqust 1973 –cü il tarixdən  21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş,  21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.
3 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb. 19 mart 1988-ci il tarixdən 6 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər “Dövlətqaçqınkom”un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mahmud müəllim cəbrayıllıların öz yetirmələdir. Amma cəbrayıllılar ondan razıdır, ya yox, bunu dəqiqliklə söyləyə bilmərik. Cəbrayıl camaatından soruşmaq lazımdır.

Nəqliyyat sahəsindən icra başçılığına...

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov cəlilabadlı deyil, cəbrayıllıdır. Əzizov Əziz İmran oğlu 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. 1985 -1986 – illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə  Tramvay parkında vaqon bölməsində usta, 1987-1989 – cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə  Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996 –cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis vəzifələrində çalışıb. 1996-2006 illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Prezidenti İlham Əliyevin 8 avqust 2006-cı il tarixli sərəncamına əsasən Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ə.Əzizov artıq 6-cı ildir Cəlialabada rəhbərlik edir. Görəsən cəlilabadlılar icra başçısının fəaliyyətinə 5 ballıq şkala üzrə neçə verərlər? Maraqlıdır...

Məşhur Əhəd Abıyev

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevi ictimai-siyasi prosesləri az-çox izləyənlərin hamısı tanıyır. O, Milli Məclisin qalmaqallı və məşhur deputatı olub. Düz üç beşillikdə deputat mandatı gəzdirib. Dürdüncü dəfə buna cəhd göstərsə də, istəyinə nail olmadı. Amma ölkə başçısı deputatlıqdan əli üzülən cənab Abıyevi vəzifəsiz qoymadı və ona icra başçısı kimi etimad göstərdi.
Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Azərbaycan İqtisad İnstitutunu və Təfəkkür Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin rəisi vəzifələrində çalışıb.
Birinci, ikinci və üçüncü çağırış (1995-2010-cu illər) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Prezidentinin 23 fevral 2011-ci il tarixli sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Əhəd müəllim Daşkəsəndə necə işləyir, bunu da yerli camaatdan soruşaq gərək. Hər halda icra başçısı kimi onun 1 illik fəaliyyətinə qiymət vermək olar.

Daha 5 rayonun icra başçısının tərcümeyi-halını təqdim etdik. Onların arasında əslən işlədikləri rayonlardan olanlar da var, olmayanlar da. Necə fəaliyyət göstərdiklərinə gəlincə, bunun ən yaxşısını bir özləri, bir də yerli sakinlər…

Ardı olacaq…


Modern.az

***

Həmçinin oxu

Regionların “kiçik padşahları” – icra başçıları – I
http://modern.az/articles/21781/1/


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aqil
08.03.2012, 18:12

İrşad Əliyev Goranboyun icra başçısı işlədiyi zaman Goranboy batalyonunun yaranmasında və keçmiş Şaumyan rayonunun düşməndən təmizlənməsində böyük xidmətləri olub. Goranboylular onun xidmətlərini heç zaman unutmayacaq!

vidadi
08.03.2012, 22:03

İcra başçısı olmaq heç də çətin deyilmiş. Bu yazılardan sonra çoxları icra başçısı olmağa can atacaq.

MT
09.03.2012, 10:12

O biriləri bilmirəm, Cəlilabadın icra başçısı pis işləyir. Daha doğrusu özünə işləyir

Cəlilabadlı
09.03.2012, 15:32

MT ilə tamamilə razıyam. Əziz Əzizov özünə və Kərəm Həsənova işləyir. Paltar sexindən tutmuş, avtovağzal, üzüm, taxıl sahələri, mal-qoyun fermaları, çörək zavodu, məhsulların saxlanc anbarı və daha nələr, nələr...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ
16.01.2019, 16:26

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   
16.01.2019, 16:18

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16.01.2019, 16:17

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 
16.01.2019, 16:13

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16.01.2019, 16:09

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16.01.2019, 16:03

“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

ARXİV