19 yanvar 2019, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: “Burda mehriban komanda var” - MÜSAHİBƏ
Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: “Burda mehriban komanda var” - MÜSAHİBƏ
27.03.2014, 11:37

“İşim kiminsə xoşuna gəlmirsə, mən onu atmalıyam?”


Bir millətin torpaqlarını işğal edən, soydaşlarını yurd-yuvalarından didərgin salan düşmənlə eyni damın alında istəmədən üz-üzə, göz-gözə gəlmək ilk baxışdan mümkündürmü? Türkiyədə dərc olunan erməni qəzeti “Aqos”un azərbaycanlı müxbiri Arzu Qeybullayeva Modern.az saytına müsahibəsində elə bu və digər maraqlı suallara cavab verir.

İlk olaraq Türkiyəyə gedişinizdən danışaq. Sizi Türkiyəyə aparan səbəblər nə olub? Təhsil, ailə həyatı və ya başqa səbəblər? Özünüz barədə geniş məlumat verərdiniz.

– Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün getmişəm. Bakıda, Bakı Türk Anadolu Liseyində təhsil alırdım. O vaxtlar YOS və TCS kimi imtahanlar bizə seçim olaraq verilirdi. Mən də digər məktəb yoldaşlarım kimi hər ikisinə hazırlaşırdım. İmtahan vaxtı gəlib çatanda ilk olaraq TCS’yə, sonra YOS’ə girdik. Bizim imtahanlara girdiyimiz il, heç birimiz TCS-dən keçə bilmədik. Şoktaydıq. Sonra hamımız qərara gəldik ki, imtahan sadəcə olaraq çox çətin idi və əgər ən savadlımız belə daxil ola bilmədisə, o zaman üzülməyə dəyməz. Hələ qabaqda YOS var idi. YOS’dən bir neçəmiz keçdik. Beləcə, Türkiyə macəram başladı. Bilkent Universitetinin beynəlxalq əlaqələr fakültəsini qazandım. Əlaçı idim, Türkiyədə qırmızı diplom yoxdur, amma “Summa Cum Laude” deyilən bir dərəcə var, xaricdə istifadə olunur, universiteti onunla bitirmişəm.

Bilkentdən sonra Londonda təhsilimi davam etdirmişəm. “London School of Economics and Politial Science” Universitetidən Dövlət fakültəsində Qlobal Siyasət üzrə magistratura diplomuna nail oldum. Londonda hələ universiteti bitirmədən iş axtarışına başladım. İstanbulda yerləşən İngilis (danışmanlıq) məsləhətçi şirkəti tərəfindən işə qəbul olundum. Londondan İstanbula gəldim. Burada bir ilə yaxın araşdırmaçı olaraq çalışdım. Sonra “European Stability Initiative” adında bir “think tank”ə Azərbaycan üzrə analist olaraq işə başladım. Beləcə, işimlə əlaqədar, Azərbaycana sıx-sıx gəlməyə başladım. Hər ay ən azı iki və ya üç həftəni Azərbaycanda keçirirdim. Araşdırma aparırdım. Rayonlara gedirdim. Çox maraqlı idi. 2009-cu ildə Bakıya qayıtdım, Milli Demokratiya İnstitutundan təklif alaraq. 2010-cu ildə yenidən İstanbula geri qayıtdım. Bu dəfə ailə qurmaq səbəbi məni İstanbula qaytardı – evlenirdim. Və beləcə, 2010-cu ildən bu yana İstanbulda həyat yoldaşımla bir yerdə yaşayıram.

Dediniz Türkiyədə təhsil almısınız. Bəs, Türkiyə vətəndaşlığını qəbul etmisinizmi?

– Qeyd etdiyim kimi təhsilmi əvvəl Türkiyədə, sonra İngiltərədə almışam. Türkiyədən qabaq isə 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşam. Türkiyə vətəndaşlığını hələ qəbul etməmişəm.

– Sizin soyadınız çox tanışdır. Təsadüfən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olmuş mərhum Qeybulla Qeybullayevin qızı deyilsiniz?

– Bəli.

– Bir müddət öncə Türkiyədə Azərbaycanlı jurnalist Mahir Zeynalov deportasiya olundu. Bir çoxları kimi siz də bu məsələyə Türkiyədə fəaliyyət göstərən jurnalistlərdən münasibət öyrəndiniz. Türkiyədə çalışan azərbaycanlı həmkarlarınızdan onların fəaliyyətinə hansı çətinliklər yaradıldığını soruşmuşdunuz. Maraqlıdır, sizin özünüzün fəaliyyətinizə hər hansı çətinlik törədilirmir ki?

– Mən Gəzi hadisələrinə qədər Türkiyə haqqında heç yazmırdım. Daha çox xarici mediada Azərbaycan ilə bağlı yazırdım. Gəzi hadisələrindən sonra Türkiyə haqqında yazmağa başladım. Amma daha çox şəkil göndərirdim. Yəni fotojurnalist kimi işləyirdim. Bu günə qədər fəaliyyətimdə bir çətinlik hiss etməmişəm, təbii ki, bundan sonrasını deyə bilmərəm.

Bildiyimizə görə, siz Türkiyədə fəaliyyət göstərən “Aqos” qəzetində çalışırsınız. Orada işə düzəlməyinizdən danışardınız? Neçə oldu ki, məhz “Aqos” qəzetini seçdiniz?

– Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Məni qəzetə dəvət etdilər. Bu barədə söhbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim. Beləcə, qəzetdə fəaliyyətə başladım.

Dediniz Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Bunlar hansı işlər idi? Bir az bu işlərdən danışardınız.

-2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə “İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşuldum. Bizim mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Biz eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləmişik. Məqsəd insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.

Neçənci ildən "Aqos"da işləyirsiniz?

– Keçən ildən.

– Heç kimə sirr deyil ki, bir vaxtlar Xrant Dinkin redaktoru olduğu “Aqos” qəzeti Türkiyədə nəşr olunan erməni qəzetidir. Orada işləyən bir Azərbaycanlı kimi sizə qarşı münasibət necədir?

– Bildiyiniz kimi, “Aqos”da həm türk, həm də türk erməniləri çalışır. Qəzet həm türk, həm də erməni dilində həftədə bir dəfə nəşr olunur. Qəzetdə işə başladığımdan həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

– Heç olubmu ki, Azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınıza “Aqos”da çap olunmasına qadağa qoyulsun?

– Xeyr.

Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, həm də bir jurnalist kimi Azərbaycan-Ermənistanla bağlı mübahisələriniz düşürmü?

– Açığı, bu günə qədər belə bir şey ilə rastlaşmamışam.

Hər il dünyanın müxtəlif yerlərindən eləcə də qardaş Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, həmçinin “Aqos”çuların sizə münasibəti, baxışları necə olur? Sizə qarşı hər hansı bir aqressiya nümayiş olunurmu?

– Yox, belə bir şey olmur.

– Azərbaycana son dəfə nə zaman gəlmisiniz?

– Son gəlişim keçən il olub. Əlimdən gəlincə Azərbaycana gəlməyə çalışıram. Bu il atamın ikinci ildönümünə gələ bilmədim. Amma ümid edirəm yaxın zamanlarda gələcəyəm.

– Azərbaycanda hər hansı yaxınlarınız varmı və onlardan kiminləsə əlaqə saxlayırsınızmı?

– Bəli, var. Qardaşım Azərbaycanda yaşayır. Qardaşımla bərabər bir neçə qohum-əqrəbam da Azərbaycandadır. Onlarla tez-tez əlaqə saxlayıram. Xalam və xalam uşaqları ilə əlimdən gəldikcə əlaqə saxlayıram.

– Sizi “Aqos”da işləməyinizə görə qınayanlar olmayıb ki?

– 2009-cu ildən bu yana xalq diplomatiyası olaraq adlandırdığımız təşəbbüslərində ya yer almışam, ya da özüm işləmişəm, ya da trener və ya məruzəçi kimi danışmağa dəvət edilmişəm. Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mən işimə görə qınanıramsa və mənim işim sırf kiminsə xoşuna gəlmirsə və ya uyğun deyilsə mən işimi atmalıyam. Bu həyatda hamımız nə isə etməyə çalışırıq. Kimimiz müsbət, kimimiz mənfi. Mənim şəxsi həyat fəlsəfəmə görə, insanlar gərək elə şeylər etsinlər ki, bu həyatdan gedəndə ən azından arxaya dönüb baxanda maraqlı, dolu-dolu, zəngin və produktiv şeylər qalsın. Qınayanlar, pisləyənlər, hətta söyənlər belə, həmişə olub, olacaq. Biz isə buna baxmadan, nə olursa-olsun işimizə davam etməliyik.

Gültəkin ƏLƏSGƏR


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Gulnare
28.03.2014, 00:56

Bu xanimin hem savadi,hem qelemi imkan veriri ki,Azerbaycan ucun bir Azerbaycanli kimi nese etsin?Bes göresen edibmi?Mene maraqlidir.

Kazım
28.03.2014, 01:43

"– Heç olubmu ki, Azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınıza “Aqos”da çap olunmasına qadağa qoyulsun? – Xeyr." Ora elə adamları işə götürülər ki, elə yazır ki, problem olmur. Nə yazılamlı olduğun dəqiq bilir axı. Bunalara "Sülh göyərçinləri" deyirlər.

orxan
28.03.2014, 03:20

Musavatin jurnalisti ermeni mugenninin butun mahnilarina qulaq asir deyende de deyirki musiqi serhed tanimir birazda oz daxilinizdekilerden yazin.adini bilmek istesez yazarsiz

kama
28.03.2014, 05:14

YAQİN BU JURNALİSTİN ERU YA ERMENİDİ YADA KURT.ONA GOREDE ERMENİ QEZETİNDE İSLEYİR.MADEM BU QEDER YUKSEK TEHSİLİN VAR ORDA DAHA YAXSİ QEZETDE CALİSA BİLERDİN.BİRDE DEYİR MENE BURDA COX YAXSİ MUNASİBET VAR.OLARDA CANİM SEN NE ZAMAN MİLLETİVİN ERMENİ İSGALİNDA OLDUGUNU ONLARA DEDİN?DEO ZAMAN MEHRİBANLİGİ GOR.SEN ORDA AZERBAYCAN HEQİQTİNİ QACQİNLARİ ESİRDE OLAN İNSANLARMİZDAN YAZA BİLERSEN YOX.QİNAYİRAM BELE AZERİLERİ.MENE NE MİLLETDEN TORPAQDAN DEYİB YASAYİRLAR

Əli
28.03.2014, 22:38

Fikir verin bu "ağıllı qızın" sözlərinə:"Mənim şəxsi həyat fəlsəfəmə görə, insanlar gərək elə şeylər etsinlər ki, bu həyatdan gedəndə ən azından arxaya dönüb baxanda maralı, dolu-dolu, zəngin və produktiv şeylər qalsın." Görürsünüzmü onun həyat fəlsəfəsində VƏTƏN haqqında nəsə etməyə yer yoxdur.Bir də untmayaq ki, bu qız özü deyir ki:2009-cu ildə Bakıya qayıtdım. Milli Demokratiya İnstitutundan təklif alaraq 2010-cu ildə yenidən İstanbula geri qayıtdım

Mustafa Suphi Hacıoğlu
10.10.2014, 01:42

bu kızılması değil sevinilmesi gereken bir durum. insanlar birbirini dinleyecekki barış olacak. savaş nereye kadar? insanlara dostluk ve barış gereke.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19.01.2019, 20:01

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19.01.2019, 17:30

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19.01.2019, 17:19

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb
19.01.2019, 17:16

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2019, 17:14

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı
19.01.2019, 16:47

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”
19.01.2019, 16:42

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov
19.01.2019, 16:32

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi
19.01.2019, 16:27

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ   
19.01.2019, 15:55

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ  

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19.01.2019, 15:32

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı
19.01.2019, 15:11

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

UNEC-də hər bir tələbə müraciəti araşdırılır
19.01.2019, 15:06

UNEC-də hər bir tələbə müraciəti araşdırılır

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu      
19.01.2019, 15:03

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu    

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB
19.01.2019, 14:40

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19.01.2019, 14:38

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
19.01.2019, 14:02

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 
19.01.2019, 13:55

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

Sabahın havası - şaxta olacaq
19.01.2019, 13:32

Sabahın havası - şaxta olacaq

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  
19.01.2019, 13:19

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...
19.01.2019, 13:08

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO
19.01.2019, 13:01

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19.01.2019, 12:44

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ

Bakıda piyada ÖLÜMÜ 
19.01.2019, 12:40

Bakıda piyada ÖLÜMÜ 

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı
19.01.2019, 12:24

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

Borca görə 19 nəfər tutuldu
19.01.2019, 11:05

Borca görə 19 nəfər tutuldu

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19.01.2019, 10:58

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Polis axtarışda olan şəxsi saxladı
19.01.2019, 10:54

Polis axtarışda olan şəxsi saxladı

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 
19.01.2019, 10:41

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR
19.01.2019, 10:11

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

ARXİV