Modern.az

Abituriyentlər ən çox bu iki ixtisası seçirlər

Abituriyentlər ən çox bu iki ixtisası seçirlər

12 İyul 2016, 09:45

Bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin içində V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayında xeyli artım var.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Açıqlamaya görə, bu, onunla əlaqədardır ki, abituriyentlərə həm I-IV ixtisas qruplarından biri, həm də V ixtisas qrupu üzrə sənəd verməyə icazə verilir.

Digər tərəfdən ötən ildən fərqli olaraq, bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunub və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün “qabiliyyət imtahanlarına qeydiyyat” sistemindən istifadə edilib.

Bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin əksəriyyəti sənədlərini I və II ixtisas qruplarına veriblər.

Komissiyadan deyilib ki, ixtisas qrupları üzrə qeydiyyatdan keçənlərin sayına diqqət yetirsək,  mühəndislik (I qrup), iqtisadiyyat və idarəetmə (II qrup) ixtisasları üzrə təhsil almaq istəyənlərin sayının daha çox olduğunu gözləmək olar.

Xatırladaq ki, bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin əksəriyyəti sənədlərini I və II ixtisas qruplarına veriblər.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır