Modern.az

17 aydır ki, hamilə olan qadın dünya rekordu vurdu - MARAQLI

17 aydır ki, hamilə olan qadın dünya rekordu vurdu - MARAQLI

Aktual

18 Avqust 2016, 10:41

Çinin Xunan vilayətinin sakini hamiləlik müddətinin uzunluğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qadının hamiləliyi 17 aydır ki, davam edir.

 

Van Şi adlı qadının ötən ilin fevralında hamilə qaldığı və həkimlərin proqnozuna görə 15 noyabrda uşaq dünya gətirəcəyi ehtimal edilsə də, gözlənilən hadisə baş verməyib.

 

Həkimlər hamiləliyi 14-cü ayında qeysəriyyə əməliyyatının keçirilməsini istisna ediblər. Onların fikrincə, uşaq hələ kifayət qədər inkişaf etməyib.

 

  “Ekspertlər deyir ki, bəzi qadınlar 13-cü aydan sonra uşaq doğurlar. Amma hamiləliyin 17-ci aya keçməsini heç cür izah edə bilmirlər” – deyə Van Şinin əri jurnalistlərə deyib.

 

Həkimlər qadını hamiləliyin 18-ci ayında qeysəriyyə əməliyyatı keçirməyə hazırlayır.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!