Dünya Azərbaycanlıları Assambleyasında (DAA) Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb. DAA Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu təşkilata Danimarakada yaşayan Nigar Mobarəki təyin olunub.
Nigar Mobaraki kimdir ?
O, 16.12.1992-ci ildə Danimarkanın Kopenhagen şəhərində ziyalı ailəsinda dünyaya gəlib. Kopenhagendə Sankt Annæ özəl orta məktəbini bitirmiş, iqtisadiyyat təmayüllü "Niels Brock Copenhagen Business College"də biznesin idarə olunması ixtisasını bitirmiş, hal hazirda Syddansk Univertitetinde "MSc in Business Economics and Auditing" magistratura üzərində təhsilini davam etdirir. Azərbaycan, danimarka, ingilis, türk, alman dillərini bilir.
Digər sərəncam ilə DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vite - prezident təyin olunub.
Bugün Yaponiyada nümayəndəmiz təyin olduğunu diqqətinizə çatdırmaq istərdik.
Əlibəy Məmmədov kimdir?
O , 30.10.1988 –ci ildə Moskvada dünyaya gəlib, O hazırda Tokioda yaşamaqla yanaşı, Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır.
O, bugünə qədər Hokkaido Universitetinin əsasını həmin universitetin xarici tələbələrinin təşkil etdiyi Xarici Tələbələr Assosasiyasının rəhbəri seçilib, hazırda həmin təşkilatın fəxri prezidentidir. Bugünə qədər Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan cənab Əlibəy Məmmədov yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar. Macarıstanda yaşayan və orada doktorluq dissertasiyası müdafiə edən Raqif Hüseynov Macarıstan nümayəndəliyinin rəhbər seçilmişdir. Digər bir qərarla O, DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini təyin olunmuşdur. Artıq bir neçə aydır ki, Əlibəy Məmmədov DAA Yaponiya təmsilçisi olaraq bir sıra ciddi lahiyələrin, addımların müəllifi, Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində təşkil olunan tədbirlərin təşkilatçısıdır.
Digər sərəncamla Raqif Hüseynov Elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezident təyin olunub.
Raqif Hüseynov kimdir ?
Hüseynov Raqif Tofiq oğlu 1 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqdisadiyyat fakültəsini bitirib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2003-cü ilin dekabr ayının 25-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yeni Azərbycan Partiyası Gənclər Birliyinin sədri seçilib və 2006-cı ilin iyul ayının 10-dək bu vəzifədə çalışıb. 2007-2008-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil alıb. Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqdisadçı vəzifəsində çalışıb, 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetinin Aqrar İqtisadiyyat fakültəsinin “İnzibati idarəetmə və gömrük ekspertizası” ixtisası üzrə magistratura pilləsini bitirib. 2010-2015-ci illər ərzində Gəncə şəhər Xəzər Təhsil Mərkəzində direktor vəzifəsində, 2014-2015-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müəllimi vəzifəsində çalışmış, 2014-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının dissertantıdır. 2015-2016-cı illər ərzində Erasmus Mundus proqramı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində dissertasiya müdfiə edib. 25 elmi məqalənin və 1 dərslik kitabın müəllifiyəm. Eyni zamanda Polşanın paytaxtı Varşavada 17.12.2015-ci il tarixində Azərbaycan-Polşa Gənc Alimlərinin 1-ci Elmi Praktik Konfransını təşkil edib. Hal-hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.
Eyni zamanda yeni qərarla İsveçdə yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev DAA İsveç nümayəndəliyi rəhbəri təyin olunub.
Aqil Vəliyev kimdir?
20 aprel 1984-cü ildə Bakı şəhərində doğulmuşdur. 2005-ci ildə Azərbaycan Dillər Universitetini Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda o, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramında təhsil almışdır. Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyi və Təhsil Nazirliyində Beynəlxalq əlaqələr üzrə baş məsləhətçi, Azərbaycan Milli Elmlər Akademiyasında və Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində beynəlxalq münasibətlər və mba proqramları üzrə müəllim kimi çalışmışdır. Hazırda Avropa İttifaqının təqaüd proqramı çərçivəsində İsveçin Malmo Universitetində doktorantura pilləsində təhsilini uğurla davam etdirir.
2014-cü ilin aprel ayından etibarən AMEA-nın Beynəlxalq əlaqələr idarəsində Avropa İttifaqının Horizon 2020 proqramı üzrə Milli əlaqələndirici şəxs (NCP) seçilmiş və BMT-nin Elm və Texnologiyanın İnkişafı üzrə Komissiyasında elm və təhsil məsələləri üzrə expert kimi fəaliyyətinin davam etdirməkdədir.
Bu günədək Azərbaycan Respublikasına elm və təhsil istiqamətləri üzrə 50-dən artıq müxtəlif beynəlxalq layihələrin gətirilməsində əvəzsiz xidmətləri olmuşdur. Buraya Avropa İttifaqının Tempus, Erasmus KA1, KA2, TAİEX, Twinning, Horizon 2020, UNESCO, KOICA və s. müxtəlif beynəlxalq proqram və layihələr daxildir. Azərbaycan, rus, ingilis, alman və isveç dillərini bilir.
Bu sərəncamlarla yanaşı daha bir sərəncamla Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunub.
Adilə Yusif kimdir?
26.08.1956 – cı il tarixində Ağdam şəhərində dünyaya gəlib. 20 ilə yaxın bir zamandır ki, Maltada yaşayır. İxtisasca müəllimədir.
Modern.az
Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar juralistdən SOS siqnalı
Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
Bakıda işə gedən kişi itkin düşdü
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
Nazirliyə “Uğur-2018” mükafatı verildi
Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb - VİDEO
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib
YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”
Baş Prokurorluq işə qəbul elan etdi
Yas məclisini idarə edən molla pul almalıdırmı?
Sumqayıta 3 milyon manat ayrıldı
Prezident çox ciddi islahatlara gedir
Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI
Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
Putin Ərdoğana etibar edir
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
Vətənə tən daş...
Şərh yaz