20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - FOTOLAR
Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - FOTOLAR +
24.11.2017, 11:28

Gəl  boyuna qurban,  ay Vətən Oğlu


39 gün düşmən əsirliyində qalıb, 40-cü gün vətən torpağına qovuşan Çingiz Qurbanovun xatirəsinə

 

Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.

Dosye: Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub.

2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.

Fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib. Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınıb.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Modern.az saytı şəhidlərlə bağlı silsilə yazılardan növbətisini təqdim edir.

2016-cı il dekabrın 28-i zəng vurub atası Salmanla danışıb, bayramlaşanda həmişəki kimi  hər şeyin yaxşı olduğunu və yaxşı olacağını söyləmişdi əsgər Çingiz Qurbanov. Həmin gün atası və qardaşı ilə 1 saatdan çox həmsöhbət olmuşdu.  Deyib-gülüb danışmışdılar. Atası ona gözaydınlığı verib dedmişdi ki, “Oğul, gözlərin aydın, diplomunu aldım. Yanvarın 2-də gətirəcəyəm görərsən...” .  

Çingiz 4 il zəhmət çəkib oxuduğu Azərbaycan Texniki Universitetinin Optik cihazlar üzrə  fakültəsini əla qiymətlərlə bitirmişdi.  Salman kişi övladlarından çox razı idi. Çingiz ali məktəbi 2016-cı ildə müvəffəqiyyətlə bitirib, “Aprel döyüşləri”ndən cəmi bir neçə ay sonra, iyul ayının 11-də hərbi xidmətə yola düşmüşdü. Gəncədə təlimləri başavurandan 3 ay sonra isə, özü ərizə yazıb ön cəbhədə qulluq etmək istədiyini bildirmişdi.  6 ayını təzə tamamlamışdı, Yeni il bayramının gəlişi münasibəti ilə ona evə getməyə  məzuniyyət verilsə də,  məzuniyyətini öz arzusu ilə  2017-ci ilə saxlamışdı. Anası Nailəyə də demişdi ki, “yanıma gəlmə, özüm gələcəyəm...”.

     
Dekabrın 29-u  günorta çağlarında düşmənlə təmas xəttində  yenidən erməni təxribatının  baş verməsi  və 1 əsgərimizin şəhid olub, daha sonra isə nəşinin ermənilər tətəfindən əsir götürülməsi  haqqındakı xəbəri hamının ürəyini dağlamışdı. İllərdir sınan qürurunuz yenə sınmışdı, yenə əyilmişdi... yenə hərənin ağzından bir avaz gəlirdi... kimisi Vətən təssübkeşliyi ilə, kimisi də elə boş söz olsun deyə, düşmənə  cansız bədəni ilə əsir düşən Çingiz Qurbanovun  nəşinin qaytarılmasını müzakirə edirdi.  Bu az imiş kimi, günlərin birində bizə düşmən olan ermənilərin qadınlarına qucaq açanları gördük və bunun  guya  “xalq diplomatiyası” olduğu kimi gülünc iddialar irəli sürüldü. Həmin günlərdə  Çingizin nəşi  İrəvana aparılarkən, biz  İrəvandan gətirilən bir qoca harsına qucaq açdıq... Şəhid anaları, şəhid bacıları, şəhid övladları yanıb töküldülər...


Dekabrın 29-dan bəri oğlunun yolunu gözləyən Nailə ananın da gözləri yollardan yığılmadı... Ancaq ona ümid vermişdilər, ona demişdilər ki, bir az da səbirli ol, oğlunu qaytaracağıq.

Fevralın 5-i günorta çağı Müdafiə Nazirliyindən aldığımız xəbər o harsını da unutdurdu. Hamı sevindi, Çingizin yolunu gözləyənlər əllərini Göy Tanrıya açıb şükr etdilər...  Məlum oldu ki,  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlahm Əliyevin xüsusi səyi nəticəsində , Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun nəşinin  geri alınması prosesi  baş tutub.


Çingiz Qurbanovun nəşini Müdafiə Nairliyinin hərbi qulluqçuları Qazaxdan Bakıya qədər  460 km yolu təmtəraqla gətirdilər. Çingizi layiq olduğu məqama bərabər tutdular.  Paytaxt Bakımızda da Çingiz Qurbanovu  təmtəraqla  qarşıladılar. Bayraqlarımız Çingzin yolunda farağat dayanmışdı.


Çingiz Qurbanov həlak olduğu vaxtdan ötən 39 günün tamamında onu  gözləyən qardaşı, bibiləri,  anası Nailə, atası Salman  tabutun pişvazına çıxdılar. Bayrağa bürünmüş tabutun başına dolandılar, laylalar dedilər, ah-fəqanları göyə yüksəldi...

Bibisi Nüşabə Hacıyevanın dediyi kimi, “Sağ-salamat gəlişinə sevinməliykən, tabutda gəldiyinə sevindik”. Salman kişi əlini oğlunun tabuna çəkirdi, tumarlayırdı, əzizləyirdi... ucadan deyə bilmədiklərini ürəyində, səsizcə deyirdi:

“Ay oğul 40 gün idi gözlərim yol çəkirdi, başqa bir dərdim yoxdur, oğul  dərdiydi dərdim...”.

Çingiz tələbə olanda onun üçün həm atalıq , həm analıq etmişdi. Bakıda ev kirayələyib, oğlunun savadlı, Vətənə gərəkli övlad olması üçün keşiyini çəkmişdi, qulluğunda durmuşdu. Təkcə oğlu deyildi, dostu idi Çingiz... Ondan soruşacağı o qədər  sualları var idi ki... Qeyrət zamanı idi. Qəhrəman oğlunu yola salmağa gələnlərin qarşısında qəhrəman atası kimi dayanmalıydı. Dərd onu əysə də, içəridən sındırsa da elin, Vətənin, dövlətin bu gün oğluna göstərdiyi şərəf onu əyilməyə qoymadı... Göz yaşlarını ürəyinə axıtdı. 


Bu 39 gün içərisində ölməyən, əzablar  çəkən Nailə ana yumağa dönmüşdü, heydən düşmüş ana ucadan qışqıra da bilmirdi, böyüklər demişdi ki, tabutu açmaq olmaz, o isə oğlunu bağrına basmaq, əzizləmək, ən azı son dəfə qoxlamaq istəyirdi... Arada bir tabutu  aralayıb baxmaq istəyirdi... Onu da qoymadılar... bu da anaya  bir zülm, bir dərd oldu... O tabutu açmaq yasaq idi... O tabuta analar baxa bilməzdi... Çünki Çingizin üzündəki gülüşü, səmimiliyi, mehribanlığı görməyəcəkdi. Çingiz hər kəsin yaddaşında  onu görməyə gələnlərə  çərçivədən  baxan sonuncu gülüşlərini hədiyyə edirdi... Sağlığında da dostlar , qohumlar onu belə görmüşdülər. Axı Çingiz hamıya deyirdi ki, hər şey yaxşı olacaq.

İstədim soruşam ki, “Ana bu 39 günü necə yaşadın?”, mən soruşmadım, özü pıçıldadı oğluna: “ Şirin-şirin laylalarla layla çaldığım oğul, xəbərin vardımı, bu 39 gündə boğazımdan su getmədi, “oğul” deyib yandım, alovlandım... Oğul, dur səsimə səs ver, əlacım-gərəyimsən... Sənin üçün çox darıxmışam bala, dediyim sözləri eşidərsənmi... İndi səni hardan sorum, hardan alım xəbərini... 39 gün 39 ilimə bərabər oldu... Gəldin... Səni belə görməz olaydım... Məni torpağına qarışdır bala... Çingiz deyəndə səsimə kim səs verəcək, oğul deyəndə, əlimdən kim tutacaq...”.

Fevral ayının 6-sı Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzində  Çingiz Qurbanovla vida mərasimi keçirildi. Belə vida mərasimi ancaq qəhrəmanlara nəsib olur. Vida mərasimində müdafiə naziri general-polkovnik  Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hökumət nümayəndələri, generallar və millət vəkilləri, hərbçilər iştirak edirdilər. 


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şəhidimizin  nəşinin düşməndən geri alınması prosedurunu asanlaşdırmaq üçün onun  29 deakbr günü etdiyi qəhrəmanlıq haqqında  əsl xəbərləri ictimaiyyətə çatdırmamışdı. Bu gün güllərə, çiçəklərə bəzənən Çingiz 29 dekabr tarixində elə Mübariz İbrahimov, Fərid Əhmədov qədər şücaət göstəribmiş. Məlum oldu ki, 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən  3 ermənini atdığı sərrast atəşlə məhv edib, 1-ni isə həmin andaca ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sı  ölüb.


Çingizin anadan olduğu kənd Azərbaycanın qədim şəhəri olan Dərbəndin yaxınlığında  yerləşir. İndi Dərbnddən Həzrə kədini 1 sərhəd ayırır. Dərbənd də qədim  albanların və türklərin ana yurdudur. Buralarda  2500 il bundan əvvəl ləzgilər də, buduqlar da, tatlar da bir ailə kimi yaşayıblar.  Ta qədimdən Dərbənddən üzü Şirvana yayılan  bir məsəl var   “Şirvanda şıxlar, Dərbənddə qırxlar”.  

Bu məsəl ərəblərin Azəraycanı işağl etdikləri zamandan yadigar qalıb. 8-ci əsrdə  İslam qoşunu gəlincə, yəni müsəlmanlar  Dərbənd qalasını ələ keçirərkən, Vətəninin ərəblər tərəfindən işğalına dözməyən  Xəzər padşahı Xaqan xan üzünü qoşununa tutub deyir: “Bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir”.
Onun  sərkərdələri olan Səlman və Rəbiə düşmənlə döyüşə atılırlar. Qüvvələri az olsa da, ürəklərindəki Türk ruhu onları sınmağa qoymur, bacardıqca irəli gedirlər. Sonda Səlman və Rəbiyə  40 nəfər könüllü  ilə birlikdə daha bir hücuma keçib, şəhid olurlar. Lakin Dərbənd qalasını düşməndən geri alırlar.  Dərbənd yenə Xaqana, türklərə qalır. Bu qələbədən sonra Xaqan Dərbəndə 3000 nəfər əsgərini yerləşdirib, ərəblərə qarşı vuruşmaq üçün Şama qayıdır...”.  Həmin 40 nəfərin məzarı bu gün də Dərbənddə Qırxlar məzarı kimi ziyarətgahdır. Şeyxlərin məzarları isə Şirvanda müqəddəs sayılıb. Hər kəsin and yeri olub bu məzarlar.  Bu gün bizim  and yerimiz olan Şəhidlər Xiyabanlarımız kimi.


Dünən Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzindən də qəhrəmanlığı ilə şəhadətə yüksələn balamızın qəlbindəki ruh o torpaqlardan bəhrələnib. Döyüş ruhu ilə özündən artıq sayda olan düşmənə qarşı hücuma keçən 22 yaşlı qəhrəman Çingiz Qurbanovu   Bakıdan doğulduğu  Qusara qədər uzanan  190 km yol boyu irəliləyən böyük maşın karvanına  hər kəs  əsgər salamı verir, onun tabutunun qarşısında Azərbaycanın üçrəngli bayrağını dalğalandırırdılar.  Bakı-Qusar yolu bayraqlara , çiəklərə bürünmüşdü. Vətənimizin 22 yaşlı qəhrəman oğlunu elə QƏHRƏMAN kimi qarşılayırdılar. Çingiz Qurbanovun tabutunu Qusarın Şəhidlər Xiyabanına gətirib, Vətənin torpaqlarıın azad edilməsi uğrunda şəhid olanların sırasında  dəfn etdilər. Şərəfinə yaylım atəşləri açıldı, şərəfinə Azərbaycan Respublikasının Himni səsləndi...

Sonra isə  Qazaxdan Qusara qədər 660 kilometr məsafədə Çingizin tabutu ilə qol-boyun olan bayrağımızı onun atasına verdilər. Bayrağı öpüb ürəyinin üstünə qoydu, oğlunun nəfəsini hiss etmək istədi.  Bir neçə dəqiqə sonra Çingizin  əbədi  köçdüyü  son mənzili gül-çiçək dənizinə döndü. Toyuna gətiriləcək güllər məzarını bəzədi.

Çingiz Qurvanovun qaytarılması xəbərini eşidən andan, “Gəl boyuna qurban, ay Vətən oğlu” mahnısının sözləri qəlbimdə qövr etdi. Onu Vətən torpağına əmanət edib gələndən sonra isə Çingiz balamıza belə layla çaldım:

Şahdağın gözləri yollarda qaldı,
Gəl boyuna qurban ay Vətən oğlu.
Xızı dağlarını sis-duman aldı, 
Gəl boyuna qurban ay Vətən oğlu.

Yollar da yoruldu yol gözləməkdən,
Dillər qabar oldu “Çingiz” deməkdən,
Ay oğul 40 günü tamam etdin sən,
Gəl boyuna qurban ay Vətən oğlu.

Şirvanda Şıxlara and verdim səni,
Dərbənddə Qırxlara tay tutdum səni,
Qəmli laylalarda uyutdum səni,
Gəl boyuna qurban ay Vətən oğlu.

Tabutun əsgərlər çiynində qalxdı,
Bayraqlar yoluna pişvaza çıxdı,
Axdı, anaların göz yaşı axdı,
Gəl boyuna qurban ay Vətən oğlu.

Mənə yaraşmayır təkəbbür, qürur.
Hələ alınmayan qisasın durur,
Ruhun yuxlarıma gəlib soruşur:
Dur qisasımı al, ay Vətən oğlu.

Sonra Rüstəm Behrudinin bir xatırlamasını oxudum: qədim türklər igidin qisası, torpağın öcü alınmayınca, şəhidi dəfn etməzdilər. Bu gün o gün deyil. O Göy Türklərin zamanından çox zamanlar keçib, ancaq ruhumuz ölməyib. Biz təzədən doğulmuşuq, indi bizim zamanımızdır, indi daha belə olmayacaq. Biz Dərbənddəki Qırxlar, Ötükəndəki 40-lar kimi döyüşə atılmalıyıq. Biz döyüşməsək , qan tölməsək, o torpaqları geri almasaq, şəhidlərimizin ruhu rahat olmayacaq. Onları dəfn etdiyimiz zaman söylədiyimiz  “Bu qan yerdə qalmayacaq”  şüarlarını əmələ çevirməliyik. Daha bir 25 il də gözləyib böyütdüyümüz oğulları yenə  özümüzdən sayca az olan  mənfur düşmənin əlinə verməmək üçün Biz döyüş istəyirik! Vətənimizə Qələbə gətirəcək döyüşü istəyirik. Bizə yol verin, yol verin!!!



Aida Eyvazlı,
Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Zaur USTAC
07.02.2017, 22:14

"Biz döyüşməsək , qan tölməsək, o torpaqları geri almasaq, şəhidlərimizin ruhu rahat olmayacaq. " - Bəli bu məsələnin bir yolu var o da bax bu yoldur.......

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB
20.11.2018, 00:59

Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB

Suriya təmamilə İŞİD-dən təmizləndi
20.11.2018, 00:39

Suriya təmamilə İŞİD-dən təmizləndi

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması
20.11.2018, 00:08

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması

Azərbaycan nefti bahalaşıb
19.11.2018, 23:51

Azərbaycan nefti bahalaşıb

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR
19.11.2018, 23:39

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov
19.11.2018, 23:20

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb
19.11.2018, 23:11

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani
19.11.2018, 22:55

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani

Trampdan Pakistana qarşı ağır ifadələr
19.11.2018, 22:36

Trampdan Pakistana qarşı ağır ifadələr

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı
19.11.2018, 22:23

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər
19.11.2018, 22:11

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”
19.11.2018, 21:58

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu
19.11.2018, 21:37

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO
19.11.2018, 21:23

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”
19.11.2018, 21:10

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi
19.11.2018, 20:57

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi

Ukrayna İnterpola üzvlüyünü dayandırır
19.11.2018, 20:45

Ukrayna İnterpola üzvlüyünü dayandırır

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO
19.11.2018, 20:32

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
19.11.2018, 20:18

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var
19.11.2018, 20:06

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var

Bu ölkənin prezidenti itkin düşüb
19.11.2018, 19:56

Bu ölkənin prezidenti itkin düşüb

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO
19.11.2018, 19:51

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar
19.11.2018, 19:46

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar

MMS və SMS ləğv olunacaq
19.11.2018, 19:39

MMS və SMS ləğv olunacaq

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto
19.11.2018, 19:28

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi
19.11.2018, 19:15

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı
19.11.2018, 19:01

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı

Putinlə Ərdoğan görüşüb
19.11.2018, 18:50

Putinlə Ərdoğan görüşüb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
19.11.2018, 18:39

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Azərbaycan yığması yenə uduzdu
19.11.2018, 18:28

Azərbaycan yığması yenə uduzdu

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
19.11.2018, 18:22

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI
19.11.2018, 18:13

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO
19.11.2018, 18:09

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO

Azərbaycan Belarusdan yeni silahlar alacaq
19.11.2018, 18:03

Azərbaycan Belarusdan yeni silahlar alacaq

Nazirlik 136 minə yaxın ağac paylayıb
19.11.2018, 17:43

Nazirlik 136 minə yaxın ağac paylayıb

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
19.11.2018, 17:26

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”
19.11.2018, 17:18

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Manat və dolların sabahkı məzənnəsi
19.11.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Doktorant və dissertantlar imtahan verdilər
19.11.2018, 16:55

Doktorant və dissertantlar imtahan verdilər

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub
19.11.2018, 16:54

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu
19.11.2018, 16:44

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ
19.11.2018, 16:39

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB
19.11.2018, 16:35

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB

Prezidentlər bəyanat verdilər
19.11.2018, 16:22

Prezidentlər bəyanat verdilər

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı
19.11.2018, 16:20

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
19.11.2018, 16:01

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI
19.11.2018, 15:56

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub
19.11.2018, 15:50

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI
19.11.2018, 15:46

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu
19.11.2018, 15:45

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu

ARXİV