Modern.az

Erməni spiker müxalifətə xəbərdarlıq etdi

Erməni spiker müxalifətə xəbərdarlıq etdi

Aktual

12 Sentyabr 2022, 13:26

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin qanunverici orqanın işini boykot etməsini qeyri-ciddi addım adlandırıb.

Sentyabrın 12-də parlamentin payız sessiyası öz işinə başlasa da, müxalifət deputatları orada iştirak etmir, onlar boykot qərarı qəbul ediblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin iclasına paralel olaraq müxalifət də aktual mövzularla bağlı ictimai müzakirələr aparır.


"Dekabrda onların mandatdan məhrum edilməsi məsələsinə qayıdacağıq. Əminəm ki, onlar ya həkimlərdən arayış gətirəcək, ya da hansısa görüşlərə "öz gündəmləri ilə” gələcəklər. Biz onları mandatdan məhrum etməməklə konstruktiv idik. Halbuki, Konstitusiya Məhkəməsinə müraciət edib bunu edə bilərdik”, - Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.


Simonyan əmindir ki, müxalifətin alternativi yoxdur və parlamentə qayıtmalı olacaq.


Xatırladaq ki, müxalifət deputatları mayın 4-də hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edərək, iclas zalını tərk ediblər. Hakim “Mülki müqavilə” fraksiyası müxalifətçiləri mandatdan məhrum etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməklə hədələsə də, sonradan bu addımdan əl çəkib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ