Modern.az

Əmək Məcəlləsinə dəyişiklik edilir

Əmək Məcəlləsinə dəyişiklik edilir

Aktual

30 Sentyabr 2022, 15:42

İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Layihə haqqında məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır:

 

“Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq”.

 

Dəyişikliklər layihəsi müzakirələrdən sonra səsə qoyularaq, qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?