Modern.az

Ərdoğan Putinlə Soçi görüşünü müzakirə edib - YENİLƏNİB

Ərdoğan Putinlə Soçi görüşünü müzakirə edib - YENİLƏNİB

1 Noyabr 2022, 20:19

Kremlin mətbuat xidməti Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, prezidentlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki üçtərəfli görüşünün yekunlarını da müzakirə ediblər.

 

"Telefon danışığında Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunları da müzakirə olunub", - deyə məlumatda bildirilir.

 

***

18:01

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, prezidentlər telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsini və regional məsələləri müzakirə ediblər.

 

Bundan əlavə, Rusiyanın taxıl sazişindən çıxmasına dair fikir mübadiləsi aparılıb.

 

***

16:15

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Taxıl sazişinin həlli ilə bağlı Ankara səylərini davam etdirir. Ukraynada müharibə davam etsə də, iki ölkə arasında etimad mühitinin yaradılması istiqamətində işlər görülür",-  XİN başçısı bildirib. 

 

Liderlər arasında danışıqların vaxtı hələlik məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!